17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Konqres Trampa NATO ilə bağlı qadağa qoydu
ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın NATO-dan çıxmaqla bağlı addımlarına mane olan qanun qəbul edib.
Emtv.az xarici mətbuata istinadən xəbər verir ki, qanun layihəsi 357 konqresmen tərəfindən dəstəklənib.
Konqres Trampa rəsmi olaraq NATO-dan çıxmağı qadağan edə bilməz, amma bu məsələdə maliyyələşməni dayandıra bilər. Oxşar taktikanı Konqres Quantanamo həbsxanasını bağlamaq istəyən o vaxtkı prezident Barak Obamaya qarşı tətbiq etmişdi.
Bundan başqa, konqresmenlər NATO üzvlərini ÜDM-in 2 faizini müdafiəyə xərcləməyə çağırıb.
Qanun layihəsinin qüvvəyə minməsi üçün Konqresin hər iki palatasında təsdiqlənməli və prezident tərəfindən imzalanmalıdır.
Zərifə Ələkbərova
Emtv.az