SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Keçmiş arvadı ilə barışdığı üçün QAN TÖKÜLDÜ

18-01-2019, 13:15 | Oxunub: 11 032 |

Keçmiş arvadı ilə barışdığı üçün QAN TÖKÜLDÜ

Dağılan ailənin yenidən bir araya gəlməsi münaqişəyə səbəb olub.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində baş verib.

Abbasovlar ailəsi ilə Məmmədovlar arasında yaranan münaqişə zamanı kənd sakinləri, 62 yaşlı Tofiq Məmmədov və qardaşı 51 yaşlı Rafiq Məmmədov çoxsayılı bıçaq xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Hər iki qardaş əməliyyat olunub.

Namizəd Xankişiyev - həkim: "Hər iki qardaş bədənlərinin müxtəlif yerlərindən çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə cərahhi şöbəyə daxil olublar. Hər iki xəstə əməliyyat olunub. Vəziyyətləri kafidir".

Bıçaqlanmaya bir müddət bundan əvvəl Rafiq Məmmədovun oğlunun məhkəmə yolu ilə boşandığı həyat yoldaşını yenidən evinə gətirməsi səbəb olub.

Belə ki, kənd sakini 69 yaşlı Eldar Abbasovun qızı, keçmiş həyat yoldaşına onunla yenidən barşımaq istədiyini xəbər edib. T.Məmmədovun oğlu keçmiş həyat yoldaşını götürərək öz evinə aparıb. Bundan xəbər tutan qızın atası və qardaşı Məmmədovlar ailəsinə gələrək balta və bıçaqla onlara xəsarət yetiriblər.

Rafiq Məmmədov - xəsarət alan: "Oğlumdan üzr istəməlidir. Minnətdar olmalıdır ki, qızımı apardın, yenidən barışdın. Amma bunun qarşılığında gəlib evimizə hücum çəkdi".

Akif Məmmədov - xəsarət alanın qardaşı: "Barışmağa qərar veriblər. Maşınla yoldaşını götürüb gedib. Qızın atası ilə qardaşı da gəlib deyib ki, siz qızımızı oğurlamısınız. Sonra bu hadisə baş verib".

Faktla bağlı araşdırma aparılır.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR