SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Prezident İlham Əliyev: "Azərbaycana həm xarici sərmayə qoyulur, həm də banklar böyük məmnuniyyətlə vəsait ayırır, çünki bilirlər ki, vəsaitləri batmayacaq"

16-01-2019, 15:12 | Oxunub: 10 128 |

Prezident İlham Əliyev: "Azərbaycana həm xarici sərmayə qoyulur, həm də banklar böyük məmnuniyyətlə vəsait ayırır, çünki bilirlər ki, vəsaitləri batmayacaq"

"Azərbaycana həm xarici sərmayə qoyulur, həm də banklar böyük məmnuniyyətlə vəsait ayırır, çünki bilirlər ki, vəsaitləri batmayacaq".

Emtv.az xəbər verir ki, bunu Sumqayıtda "SOCAR karbamid" zavodunun açılışında iştirak edən Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.

Dövlətimizin başçısı ölkəmizdə qeyri-neft sənayesinin sürətlə artdığını bildirib: "Keçən il 9,1 faiz artmışdır. Bu, onu göstərir ki, sənayeləşmə prosesi uğurla gedir. Keçən ilin yayında Sumqayıtda "SOCAR Polymer" müəssisəsinin birinci mərhələsi fəaliyyətə başladı. Bu il onun ikinci mərhələsi fəaliyyətə başlayacaq. Burada da ixracyönümlü çox gözəl məhsul istehsal olunacaq. Eyni zamanda, daxildə polipropilen, polietilendən istehsal olunacaq hazır məhsul da satışa buraxılacaq. Biz yenə də idxaldan asılılığı aradan qaldıracağıq. Bu zavodlarda yüzlərlə yeni iş yeri yaradılır. Mənə verilən məlumata görə, karbamid zavodunda 500 iş yeri yaradılacaq və burada işləyəcək insanların mütləq əksəriyyəti yerli vətəndaşlardır, onların əksəriyyəti gənclərdir. Yəni, orada çalışan insanların orta yaş səviyyəsi təqribən 30-35 arasındadır. Bax, görülən bu işlərin nəticələri budur".

İlham Əliyev qeyd edib ki, ölkəmizin uğurlu inkişafı üçün belə böyük müəssisələrin çox böyük əhəmiyyəti var:

"Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq. Qeyd etdiyim kimi, qeyri-neft sənayesində 9,1 faiz artım çox böyük göstəricidir. Əlbəttə, Azərbaycan bu layihələri xarici tərəfdaşlarla həyata keçirərkən bizim beynəlxalq əlaqələrimiz də möhkəmlənir. Bu gün Azərbaycan o ölkədir ki, bu ölkəyə həm xarici sərmayə qoyulur, həm banklar böyük məmnuniyyətlə vəsait ayırır. Çünki bilirlər ki, onların vəsaiti batmayacaq. Bilirlər ki, Azərbaycanın kifayət qədər böyük maliyyə resursları var. Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur. Bax, bu gözəl vəziyyət imkan verir ki, biz tərəfdaşları, xarici bankları cəlb edək. Ancaq, eyni zamanda, bizim siyasətimiz ondan ibarətdir ki, xarici dövlət borcumuzu aşağı salaq. Necə ki, keçən il ərzində xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşübdür və bu il daha da düşəcək".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR