SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ermənistan çətin vəziyyətdə – Qiyməti qaldıran “Qazprom” investisiyaları azalda bilər

10-01-2019, 19:36 | Oxunub: 12 466 |

Ermənistan çətin vəziyyətdə – Qiyməti qaldıran “Qazprom” investisiyaları azalda bilər

Rusiyanın “Qazprom” Transmilli Energetika Korporasiyası və Ermənistan hakimiyyəti arasında yeni razılaşma “Qazprom Ermənistan” QSC-nin marjasının azalmasına gətirib çıxaracaq.

Emtv.az xəbər verir ki, bu qənaətə “Rayffayzanbank”ın nümayəndəsi Andrey Polişşuk gəlib.

Milli Enerji Təhlükəsizliyi Fondundan Aleksey Qrivaç isə hesab edir ki, “Qazprom”un “Qazprom Ermənistan” QSC-yə investisiyaların təmin edilməsi və infrastrukturun inkişafı üçün təqdim etdiyi endirimlər tədricən ləğv edilib: “Yeni hakimiyyətin “Qazprom”un törəmə şirkətinə qarşı kəskin addımlar atdığı bir vaxtda Ermənistanın daxilində resursun saxlanmasını gözləmək təəccüblü olardı”.

“Qazprom” Ermənistan istehlakçılarına yeganə qaz tədarükçüsüdür. Yerevan İrandan da qal alır, lakin onu yalnız elektrik enerjisinin istehsalı üçün istifadə edir. Bu enerjini də sonradan Tehrana tədarük edir.

2014-2018-ci illərdə hər il 2,5 milyard kubmetrədək qaz tədarükü barədə müqavilə “Qazprom Ermənistan” QSC ilə 2013-cü ildə bağlanıb. Ötən ilin 9 ayı ərzində “Qazprom” 1,37 milyard kubmetr ixrac edib.

2018-ci ilin yazında Ermənistanda çevrilişdən sonra “Qazprom” əlavə saziş haqqında danışıqları yeni hakimiyyətlə aparmalı olub. Bu hadisələrdən sonra Yerevanın RF dövlət qurumları ilə münasibəti çətinləşib. İyulda Dövlət Daxilolmaları üzrə Komitə bir sıra qazdoldurma şirkətlərində, o cümlədən “Qazprom Ermənistan”ın “Avtoqaz” törəmə şirkətində vergi pozuntuları aşkar edib və QSC-yə qarşı vergi iddiası qaldırılıb. Lakin şirkətdə ittihamları qəbul etməyiblər. Hakimiyyət isə 2019-cu ildən qazın qiymətinin aşağı salınmasına təkid edib. Sonda tərəflər razılaşıblar ki, daxili bazar üçün tariflər (min kubmetri 290 dollar) artırılmasa da, ümumilikdə qazın dəyəri qalxacaq.

Yanvarın 8-dən başlandığı deyilən danışıqların yekunu hələ şərh edilməyib. Müzakirələrin hələ bir neçə ay davam edəcəyi bildirilir.

Əslində Ermənistan rəsmiləri indiki şəraitdə Rusiyadan güzəşt gözləmirlər, buna görə də İranla da qaz alışı barədə danışıqları davam etdirmək istəyirlər.

Xatırladaq ki, “Qazprom” rəhbəri Aleksey Miller və Ermənistan baş nazirinin müavini v.i.e. Mqer Qriqoryan yanvarın 31-də “Qazprom Ermənistan” QSC-yə qaz tədarükü haqqında müqaviləyə əlavə sazişi imzalayıblar. Beləliklə, Ermənistan üçün qazın qiyməti 2019-cu ilin əvvəlindən 10 faiz artaraq min kubmetri 165 min dollar təşkil edib.“Kommersant”

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR