17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
İmtahanların keçirilməsi ilə bağlı əmr imzalandı
Təhsil naziri Ceyhun Bayramov imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb.
Emtv.az xəbər verir ki, əmrdə deyilir: Ali və orta ixtisas təhsili müəssisələrində 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdir.
Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahının yaradılmasını və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etmələri tapşırılıb.
Eyni zamanda, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol verən şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Həmçinin, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova tapşırılıb.
Aysu Əliyeva,
Emtv.az