SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Qəbələ" Azərbaycan Kubokunda yarımfinalında, "Qarabağ" "Keşlə"yə qarşı - YENİLƏNİB

20-12-2018, 19:22 | Oxunub: 11 880 |

"Qəbələ" Azərbaycan Kubokunda yarımfinalında, "Qarabağ" "Keşlə"yə qarşı - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab görüşü keçirilib.

Emtv.az xəbər verir ki, "Əlincə Arena"da "Sabah" komandası "Qəbələ"ni qəbul edib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə topu 80-ci dəqiqədə Ceyms Adeniyi vurub. Görüş bərabər mübarizə şəraitində keçib. Meydan sahiblərinə ilk matçdakı minimal hesablı məğlubiyyətin əvəzini çıxmaq lazım gəlsə də, kəsərli hücumlar qurmaları alınmayıb. Əvəzində "qırmızı-qaralar" əks-hücum zamanı istəklərinə çatıblar. Adeniyi müdafiəçilərdən dönən topu qüvvətli zərbə ilə tora göndərib.

Beləliklə, hər iki görüşdə eyni hesabla qalib gələn "Qəbələ" yarımfinala yüksəlib. Növbəti mərhələdə rəqib saat 19:00-da başlanacaq "Keşlə" - "Qarabağ" görüşünün nəticəsinə əsasən müəyyənləşəcək. İlk matçda Ağdam komandası qalib gəlib - 1:0.

Qeyd edək ki, digər yarımfinalda isə "Zirə" və "Sumqayıt" komandaları üz-üzə gələcək.

-----------
08:03

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Keçiriləcək iki oyunla yarımfinala yüksələcək növbəti cütlük bəlli olacaq.

Premyer Liqamızın debütantı "Sabah" "Əlincə Arena"da "Qəbələ"ni qəbul edəcək. Çempionatda işləri yaxşı getməyən Qəbələ təmsilçisi ilk oyunda qazandığı qələbənin (1:0) üstünlüyündən yararlanmağa çalışacaq.

Günün digər oyununda isə "Qarabağ" "Keşlə"nin qonağı olacaq. İlk oyunda 1:0 hesabı ilə qalib gələn Ağdam klubu cütün favoriti hesab olunur.

Xatırladaq ki, ötən gün keçirilən iki cavab oyunundan sonra "Zirə" və "Sumqayıt" adını yarımfinala yazdırıb.

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

16:00. "Sabah" - "Qəbələ"
İlk oyun: 0:1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
"Əlincə Arena"

19:00. "Keşlə" - "Qarabağ"
İlk oyun: 0:1
Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
"ASK Arena"

19 dekabr

"Sumqayıt" - "Neftçi" - 0:1
Qol: Namiq Ələskərov, 43
Qırmızı vərəqə: Arif Daşdəmirov, 87 ("Sumqayıt")
İlk oyun: 2:0


16:00. "Səbail" - "Zirə" -2:3
Qollar:Adrian Skarlatake, 3-avtoqol (1:0), Adil Nağıyev, 45+2 (1:1), Pərdis Fərcad-Azad, 63 (1:2),Adil Nağıyev, 73(1:3), Ruslan Qurbanov, 83 (2:3)
İlk oyun: 0:1


1/2 finalda qarşılaşacaqlar:


"Sumqayıt" - "Zirə". report.

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR