SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Xırdalanda borca görə qətl törədən şəxslərə ümumilikdə 81 il cəza verilib

18-12-2018, 19:19 | Oxunub: 12 933 |

Xırdalanda borca görə qətl törədən şəxslərə ümumilikdə 81 il cəza verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və digər ağır cinayətlər törətməkdə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Paşayev 19 il, K.Həsənov 18 il, B.Bayramov 18 il, A.Ruszpeykar 13 il, M.Əhmədov isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, prokuror çıxışındaX.Paşayevin 20 il, K.Həsənovun 19 il, B.Bayramovun 19, A.Ruszpeykarın 14 və M.Əhmədovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il Xırdalan şəhəri, 28-ci məhəllədə – bazarın yaxınlığında baş verib.

İnsident nəticəsində 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib. Digər şəxs – 1985-ci il təvəllüdlü, Qəbələ rayon sakini Paşayev Xəyal Oqtay oğluna odlu silahdan 3 atəş açılıb.

O, qarın və qol nahiyələrindən yaralanıb. 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan X.Paşayev əməliyyat olunub və onun həyatını xilas etmək mümkün olub.

Daha sonra X.Paşayev, K.Həsənov, B.Bayramov, A.Ruszpeykar və M.Əhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Aysu Əliyeva,
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR