SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda aparıcıların əksəriyyəti sözləri tələffüz edə bilmir - SİYAHI

8-12-2018, 13:50 | Oxunub: 15 395 |

Azərbaycanda aparıcıların əksəriyyəti sözləri tələffüz edə bilmir - SİYAHI

Azərbaycanın televiziya kanallarının xəbər-informasiya proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin fonetik normasının pozulması faktları, tələffüz zamanı etdikləri səhvlər açıqlanıb.
Emtv.az yerli mənbələrə istinadən xəbər verir ki, teleradio yayımçılarının ədəbi dil normalarına riayyət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında Milli Televiziya və Radio Şurasının apardığı monitorinqlərin nəticələri haqqında hesabatda bildirilib ki, "Space" televiziya kanalındayayımlanan "Hər gün" verilişinin aparıcısı Fərqanə Səfər sözlərin tələffüzü zamanı "Hər vaxtınız xeyirli [xeyirri] olsun dəyərli [dəyərri] izləyicilər [izdəyicilər]", "Tənzimlənməsi" - [Tənzimləmməsi], "Məksədilə"- [Məksədiynən], "İşləri ilə"- [İşləriynən], "Qanlı"- [Qannı], "Abonentlərə"- [Abonentdərə], "Məhdudiyyətlər"- [Məhdudiyyətdər], "Dünyə"[dünya], "Xəbərləri ilə" [xəbərrəriynən] və s. kimi səhvlər edir.

"Hava" xəbərlərinin aparıcısı Aytən Süleymansoy tələffüzü zamanı "Timperatur"- [temperatur], "Təşkil edəcəy"- [təşgil edəcəxʹ], "Sporsorluğiylə"- [Sporsorruğuynan], "İzliyirsiniz"-[izdiyirsiz] və s. kimi səhvlər edir.

"Hər gün" verilişinin digər aparıcısı Könül Quliyeva tələffüzü zamanı "axşam saatlarında" - [sa:tdarında], "ölümlə" - [ölümnən], "təfərrüatları" - [təfərrüatdarı], "faktla" - [faktnan], "silahlarla" - [silahlarnan], "yaşlı"- [yaşdı], "sonra"-[so:ra], "oyuncağ"-[oyuncax], "Dövlət" [dö:lət], "Yaranmasının" [yarammasının], "Fərqləndiklərinə" [fərkləndixʹlərinə], "bəha:nə imiş" [bəha:nəymiş], "şiddətli" [şiddətdi] və s. kimi səhvlər edir.

"Hər gün" verilişinin digər aparıcısı Elvin Basqallı tələffüzü zamanı "Logistika"-[lagistika], "Sakinləri"-[sakinnəri], "Valideynlər"-[valideynnər], "Birləşmiş Ştatların"-[ştatdarın], "CNN-Sineen" -[SieNeN], "İş adamları üçün" - [adamlarıyçün], "Pasportlarda"-[pasportdarda], "Qanla"-[qannan], "Bıçağlıyaraq" - [bıçaxlıyarax], "Yatağxanada"-[yataxxanada], "Yanığ"-[yanıx], "Yaşayan"-[yaşıyan], "Təfərrüatları"-[təfərrüatdarı], "Küçəyə"-[küçiyə], "lənkəranlı" [lənkərannı], "mal-qaraya" [mal-qarıya] və s. kimi səhvlər edir.

"Lider" televiziya kanalında yayımlanan "Səda" verilişinin aparıcısı Aynurə Vəliqızı tələffüzü zamanı "Cəbhə boyu" [Cəbhəboyu], "Xa:ci" [xarici], "Mövlüd" [mövlud], "Gündəlikdə" [Gündəlixʹdə], "Ame:ka" [Amerika], "Qa:dının" [qadının], "Atəşkəş" [atəşkəs], "Ya:rış" [yarış] və s. kimi səhvlər edir.

Azərbaycanda aparıcıların əksəriyyəti sözləri tələffüz edə bilmir - SİYAHI

"Səda" verilişinin digər aparıcısı Sevinc Süleymanova tələffüzü zamanı "Yeddi" [yetdi], "Anjeʹy Kapişek" [Aʹnjey Kapişek ] və s. kimi səhvlər edir.

"Səda" verilişinin digər aparıcısı Günel Ramazanlı tələffüzü zamanı "Gərək" [gərəxʹ], "Keşik" [keşixʹ], "Karakısda" [karakasda] və s. kimi səhvlər edir.

"Səda" verilişinin digər aparıcısı Leyla Mehdiqızı tələffüzü zamanı "gərginlik" [gərginlixʹ], "metıdını" [metodunu], "sinoptikləʹr" [sinopʹtiklər], "tufanın" [tu:fanın ] və s. kimi səhvlər edir.

"ATV" televiziya kanalında yayımlanan "ATV xəbər" verilişinin aparıcısı Lalə Azərtaş tələffüzü zamanı "Dövlət" [dö:lət], "Sərəncamıyla" [sərəncamıynan], "Aşəğ" [aşıx], "Şöhrət ordeni ilə" [ordeniynən], "Ümumiyyətlə" [ümumiyyətnən], "İlham Əliyevlə" [Əliyevnən], "Onlardan" [onnardan], "Gücləndirilmiş" [güjdəndirilmiş],"Dövlət Agentliyinə" [Agentdiyinə], "Nazirliyinə" [nazirriyinə], "Xəsənovanın" [Həsənovanın ], "İlliy" [illixʹ], "Həsr olunmuş" [olummuş], "Tədbirlər" [tədbirrər], "Hazırlayıb" [hazırrıyıp], "Sonra" [sora], "Bizimlə" [bizimnən], "İzliyə" [izdiyə], "İkigünlük" [ikigünnüxʹ] və s. kimi səhvlər edir.

"ATV xəbər" verilişinin digər aparıcısı Pərvin Əsgərli tələffüzü zamanı "Dəstək" [dəstəxʹ], "əməkdaşları" [əməxʹdaşdarı], "qoşunların" [qoşunnarın], "gözlənilir" [gözdənilir], "mərkəzlərin" [mərkəzdərin], "çətinliklər" [çətinnixʹlər], "fatoqraflar" [fotoqraflar] və s. kimi səhvlər edir.

"ATV xəbər" verilişinin digər aparıcısı Ceyhun Səfər tələffüzü zamanı "Xeyirli" [xeyirri], "Yerli" [yerri], "Onlarla" [onnarnan], "Buynuzlu" [buynuzdu], "Kəsməy" [kəsmək], "Gömrük" [Gömrüxʹ], "Güjlü" [güjdü], "Çənəyə" [çəniyə], "Ama" [amma], "Sonra" [so:ra] və s. kimi səhvlər edir.

"İdman" verilişinin digər aparıcısı İlkin Fikrətoğlu tələffüzü zamanı "Oyunlara" [oyunnara], "Kənarlaşdıran" [kənarraşdıran], "Hesabıyla" [hesabıynan], "Bəra:bərliylə" [bəra:bərrixʹnən], "edFənərbaxça" [Fənərbağça], "Azarkeşlərini" [azarkeşdərini] və s. kimi səhvlər edir.


İTV" televiziya kanalında yayımlanan "Carçı" verilişinin aparıcısı Könül Məmmədova tələffüzü zamanı "Qəzaya" [qəzıya], "Uğrayan" [uğruyan], Tovuz, "Tavuz" [To:uz], "adlarla" [addarnan], "Bu dəyqələrdə" [dəqiqələrdə], "vertual" [virtual] və s. kimi səhvlər edir.

"Carçı" verilişinin aparıcısı Alidə Mustafayeva tələffüzü zamanı "hörmətli" [hörmətdi], "Azərbaycanla" [Azərbaycannan], "əməliyyatlar" [əməliyatdar] və s. kimi səhvlər edir.

"Carçı" verilişinin aparıcısı Röya Bənənyarlı tələffüzü zamanı "yüzlərlə" [yüzdərnən], "yerli" [yerri], "hazırlandığını" [hazırrandığını], "Tehranla" [Tehrannan] və s. kimi səhvlər edir.

"Carçı" verilişinin aparıcısı Nigar Sabirqızı tələffüzü zamanı "etməklə" [etməxʹnən], "Xameneynin" [Xamneyinin], "mümkünlüyünü" [mümkünnüyünü], "günlər" [günnən], "xəstəxanalara" [xəsdəxanalara], "ölümlə" [ölümnən], "çempionlar" [çempiyonnar], "olacaq" [olacax], "ünvanlı" [ünvannı] və s. kimi səhvlər edir.

"Carçı" verilişinin aparıcısı Ramiz İdrisoğlu tələffüzü zamanı "ştatlarına" [ştatdarına], "gərginləşən" [gərginnəşən], "rəhbərliyi" [rəhbərriyi], "növbəti" [nö:bəti] və s. kimi səhvlər edir.

"Carçı" verilişinin aparıcısı Zümrüd Şahova tələffüzü zamanı "Ramiz Əliv" [Əliyev], "görənləri" [görənnəri], "məktəbə" [məxʹtəbə], "müraciət etməklə" [etməxʹnən], "dərslikləri" [dərsdixʹləri], "həyətya:nı" [həyətyanı] və s. kimi səhvlər edir.

"İdman" verilişinin aparıcısı Sevinc Eminzadə tələffüzü zamanı "sonra" [so:ra], "sloqanda" [sloqanda. ], "bağışlamayıblar" [bağışdamıyıplar], "qadınlardan" [qadınnardan], "Bolqarıstanın" [Balqarıstanın] və s. kimi səhvlər edir.

"Xəzər" televiziya kanalında yayımlanan "Xəzər Xəbər" verilişinin aparıcısı Azər Teymurlu tələffüzü zamanı "a:çıx" [açıx], "piyada" [piya:da], "Zaqulğba" [Zuğulba], "Ve:lən" [verilən] və s. kimi səhvlər edir.

"Xəzər Xəbər" verilişinin aparıcısı Günel Qədimova tələffüzü zamanı "Bəsər" Əsəd [Bəşər], "zolaqına" [zolağına], "davasına" [da:vasına] və s. kimi səhvlər edir.

"ARB" televiziya kanalında yayımlanan "ARB Xəbər" verilişinin aparıcısı Vüsalə Camal tələffüzü zamanı "ordğen" [orden], "böyük Ağa" [Böyükağa], "odur ki" [odu], "dəyirli" [dəyərli], "sujetimizdə" [süjetimizdə], "ekalagiya" [ekologiya], "tədbirrar" [tədbirrər] və s. kimi səhvlər edir.

"Ölkə xəbər" verilişinin aparıcısı Zülfiyyə Telmanqızı tələffüzü zamanı "xəbərlərin" [xəbərrərin], "sujeti" [süjeti], "müvaffik" [müva:fik], "edır" [edir], "ıstıqamətdərə" [istiqamətdərə], "sərnışın" [sərnişin], "bə:s" [bəs], "mühütü" [mühiti] və s. kimi səhvlər edir.

Aysu Aliyeva

Emtv.az
Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR