SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Yeznəsini güllələyənə hökm oxundu

29-11-2018, 17:18 | Oxunub: 6 421 |

Yeznəsini güllələyənə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsinə və onun atasına güllə ataraq öldürməyə cəhd etməkdə təqsirləndirilən Tural Tarverdiyevə hökm oxunub.

Emtv.az xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə T. Tarverdiyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və T. Tarverdiyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, T. Tarverdiyev 2017-ci il dekabr ayında bacısının əri Anar Rəsulov və onun atası Vaqif Rəsulovun yaşadığı evə gedərək həyətdə iki dəfə atəş açıb.


T. Tarverdiyev onları öldürmək niyyəti olmadığını deyib: "Mən heç onları görmədim, mən həyətdə atəş açanda evdə idilər. İstəsəydim öldürə bilərdim, imkanım var idi".

Aynurə Kərimli
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR