SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Türkiyənin ən bahalı boşanma prosesləri - Milyonluq alimentlərin siyahısı

27-11-2018, 12:42 | Oxunub: 6925 |

Türkiyənin ən bahalı boşanma prosesləri - Milyonluq alimentlərin siyahısı
Dünən ani bir qərar ilə Acun İlıcalı və Şeyma Subaşı boşandı.

Boşanmadan sonra Acunun ayda 125 min lirə (40 min manat) aliment ödəyəcəyi məlum olub.

Emtv.az yerli mənbələrə istinadən bu dəfə oxuculara Türkiyənin ən bahalı boşanma proseslərinin siyahısını təqdim edirik.

Tuğba Ərbil: 1.5 milyon lirə (450 min manat)

Mehmet Ali Ərbildən boşanmaq istəyən Tuğba istədiklərinin siyahısını tutub. Boşanmadan sonra Mehmet Ali keçmiş arvadına Bodrumdakı 1.5 milyon lirəlik bağ evi və Tarabyadakı 4 milyon lirəlik (1.2 milyon manat) ev verdi. Amma Tuğba bundan başqa 3 milyon nəğd pul (900 min manat), 37.500 aliment və Astoriyadakı penthouse mənzili istəyib.

Pınar Eliçe: 3 milyon lirə (900 min manat)

Müğənni Pınar 6 illik əri, Esenyurt keçmiş bələdiyyə sədri Gürbüz Çapanın qardaşı Çetin Çapanın ona xəyanət etdiyini iddia edərək boşanıb və 3 milyon lirə təzminat alıb.

Ceyla Gölcüklü: 140 milyon lirə (52 milyon manat)

Ceyla Gölcüklünün əri azərbaycanlı iş adamı Şeri Şahnavaz olub. Şerinin Rusiyada neft şirkəti, Hyuston, London və Moskvada neft satışı ilə məşğul olan "ETİ" holdinqi var. 11 illik evlilik başa çatdıqdan sonra Ceyla 10 yaşlı qızı ilə qaldı və ərindən 140 milyon lirə aliment aldı.

Manolya Onur: 5 milyon dollar

Türkiyənin keçmiş gözəllərindən olan Manolya 1989-cu ildə Haydarabad Nizamı Mükerrem Bereket Jah ilə evlənmişdi. Cütlüyün xoşbəxtliyi 1994-cü ildə başa çatdı. Manolya 10 milyon dollarlıq məhkəmə prosesini 2006-cı ildə qazandı. Berek Jah 11 il ərzində vermədiyi alimenti faizi ilə birlikdə ödəməli oldu.

Qamze Tuncbilek: 125 min lirə (40 min manat)

Modellikdən müğənniliyə keçən Ece Gürsel ilə sevgili olan İsmayıl Tunçbilek 5 illik arvadından çox qısa müddətə boşanıb. Musiqiçi keçmiş arvadı və qızına yaşamaq üçün bir ev və ya onun əvəzində 125 min lirə ödəyəcək.

Bengü Yılmaz: 260 min lirə (80 min manat)

Bengü teatr və serial aktyoru Hakan Yılmazın xanımı olub. O, ərinin ona xəyanət etdiyini iddia edərək boşanma üçün məhkəməyə müraciət edib. Məhkəmə Hakana 180 min lirə maddi, 80 min lirə də mənəvi cəza kəsib.

Ayşe Toprak: 540 min lirə ( 165 min manat)

İş adamı Halis Toprak il arvadı Ayşedən boşananda 540 min lirə təzminat ödəyib.

Gizem Soysallı: 225 min lirə (70 min manat)

"Binbir Gece" serialında Bergüzar Korel ilə sevgili olduğu üzə çıxan aktyor Halit Ergenç 16 ay evli qaldığı arvadı Gizem Soysallıdan boşanıb. Aktyor məhkəmənin qərarı ilə 225 min lirə təzminat ödədi.

Bettina Hakko: 17 milyon lirə (5.1 milyon manat)

"Vakko" şirkətinin sahibi Cem Hakko 23 illik arvadı, üç uşağının anası Betinadan boşananda 5 milyon lirə nəğd, 10 milyon 220 min lirəlik şirkət səhmi və 1 milyon 752 min lirəlik daşınmaz əmlak verdi.

Sürəyya Kaşıkçı: 874 milyon dollar

Milyarder iş adamı Adnan Kaşıkçı arvadı Sürəyyadan boşanmaq üçün 874 milyon dollar təzminat ödəyib.

Hamira Baran: 250 milyon lirə (75 milyon manat)

Məşhur iş adamı Sinan Baranın İran əsilli arvadı Hamirə Baran 6 trilyon lirəlik aliment üçün məhkəməyə müraciət etmişdi. Məhkəmə cütlüyün boşanması və Sinanın Hamiraya 250 milyon lirə maddi təzminat ödəməsi ilə başa çatdı.

Xumar Rəsulova
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR