SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bakıda PARTLAYIŞ: 2 nəfər xəstəxanaya yerləşdirildi

27-11-2018, 11:08 | Oxunub: 8 971 |

Bakıda PARTLAYIŞ: 2 nəfər xəstəxanaya yerləşdirildi
Bakıda fərdi yaşayış evində partlayış olub.

Emtv.az yerli mənbələrə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Gecə saatlarında 2-ci Alatava qəsəbəsi, 2 saylı evdə qaz sızması nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində evdə kirayədə yaşayan Cəlilabad rayon sakinləri İsmayılov Yasər Xanhüseyn oğlu və İsmayılova Zəminə Yusif qızı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində evin dam örtüyü yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Aysu Aliyeva
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR