SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Əfsanəvi rejissor vəfat etdi

26-11-2018, 13:17 | Oxunub: 18 929 |

Əfsanəvi rejissor vəfat etdi

Dünyanın ən məşhur kinorejissorlarından biri, 78 yaşlı Bernardo Bertoluççi vəfat edib.

Emtv.az yerli mənbələrə istinadən bildirir ki, sənətçi ağır xəstə idi.

Bernardo Bertoluççi... İtalyan kinorejissor, dramaturq və şair. 1960-cı illərdə Jan-Lyuk Qodarın və Pyer Paolo Pazolininin davamçısı idi Kommunizm və freydizmlə maraqlanmışdır. Öz filmlərində sosial olanla intim olanları incə bir şəkildə əlaqələndirib. Filmlərinin bir çoxunda insan seksuallığının tabu sayılan formalarına - insestə, triolizmə, homoseksuallığa müraciət etib. Bir qayda olaraq bütün filmlərinin operatoru italyan kino tənqidçilərinin "işıq-kölgə tanrısı" adlandırdığı Vittorio Storarodur.

"Konformist" (1970) və "Parisdə sonuncu tanqo" (1972) filmlərinin triumfal uğurundan sonra İtaliya sərhədlərindən kənarda, o cümlədən buddist Şərqdə işləib və özünü "skeptik həvəskar-buddist" adlandırıb.

Əfsanəvi rejissor vəfat etdi

Bernardo Bertaluççi İtalyanın Parma şəhərində, Attilio Bertoluççinin ailəsində dünyaya gəlib. Bertoluççi incəsənətlə sıx əlaqələri olan ailədə doğulub. Atası şair, kinotənqidçi, incəsənət tarixi professoru Attilio Bertoluççi tənqidi məqalələr yazırdı. Anası Ninetta məktəb müəlliməsi idi. Bernardonun kiçik qardaşı Çuzeppe teatr rejissoru və ssenaristdir. Əmisioğlu Çovanni Bertoluççi ilə birlikdə bir necə kinolayihənin üzərində birlikdə işləyiblər.

Bernardonun kinoya olan marağını görən atası onu həvəsləndirir özü ilə çəkilişlərə aparırdı. Onun kinoda ilk işləri 16 mm-lik lentə çəkdiyi həvəskar filmləri "Kanat yolu" (1957) və "Donuzun ölümü" (1958) olmuşdu.

Şeir yazmağa Bernardo 15 yaşında başlamışdır. Məktəbi bitirdikdən sonra Roma Universitetinin Müasir ədəbiyyat fakültəsinə qəbul olub və artıq 20 yaşında poeziyası ilə şöhrət əldə edə bilmişdi. Bernardonun atası məhşur rejissor Pyer Paolo Pazoliniyə ilk kitabını nəşr etməyə kömək etmiş nəticədə isə Pazolini Bernardonu 1961-ci ildə "Akkatone" filminə birinci assitent vəzifəsinə dəvət etmişdi. Universitetdə təhsil aldığı zaman Bertoluççi sol ideyalarla maraqlanır və İtaliya kommunist partiyasına üzv olur. 1962-ci ildə Bernardo "Sümüklü kirvə" (La Commare Secca) ilk tammetrajlı filmini çəkir. Bu filmdə detektiv süjet Bertoluççiyə sosial ədalətsizlik, insanın cinsiyyəti və taleyin dönüklüyü mövzularına toxunmaq üçün xidmət edir. Film üzərində işləmək üçün 22 yaşlı rejissor universitet təhsilini yarımçıq qoyur. Məhz bu ildə onun nüfuzlu ədəbiyyat mükafatı Viaredjoya layiq görülən "Sirrin axtarışında" adlı şeir kitabı çapdan çıxıb.

Əfsanəvi rejissor vəfat etdi

İki ildən sonra 1964-cü ildə Bertoluççi "İnqilab öncəsi" (Prima Della Rivoluzione) filmini çəkir. Konformist "atalara" qarşı gəncliyin inqilabı mövzusu 1968-ci il hadisələrinin öncəgörməsi kimi qəbul edilir. Filmin adı Taleyranın məhşur "İnqilab öncəsi illərdə yaşamayan insan həyatın şirinliklərini anlaya bilməz" ifadəsinə işarədir. Film 1971-ci ildə mavi ekrana çıxıb.

1965-1966-sı illərdə tammetrajlı "Neft kəməri" sənədli filmini çəkir, tamamlanmamış "Kanal" (1966) filmi üzərində işləyir, "Sevgi və qəzəb" (Amore e rabbia, 1967) almanaxı üçün "Sanvermə" qısametrajlı filmini çəkir.

1968-ci ildə üçüncü tammetrajlı "Partnor" (Partner) filmi ilə böyük ekrana Dostoyevskinin "Oxşar" (Dvoynik) pyesinin hadisələrini gətirir. Bu filmi Bertoluççinin "Şizofreniya barədə şizofrenik filmi" adlandırırlar. Bertoluççi oğul italyan kinomatoqrafiyasının digər nümayəndələrinin də diqqətini cəlb etmişdi. O, bu ildə Serjeo Leone və Dario Arjento ilə birlikdə "Bir dəfə vəhşi qərbdə" filminin ssenarisi üzərində işləmişdi.

1969-cu ildə ekranlara Bertoluççinin Borxesin "Xəyanətkar və qəhrəman mövzusu" hekayəsi əsasında çəkdiyi "Hörümçək strategiyası" (La Strategia Del Ragno) televiziya filmi çıxır. Rejissorun sözlərinə görə faşizmin psixoloji səbəbləri, keçmişin bu günə müdaxiləsi, ata və oğlun oxşarlığı, xəyanətin qəhrəmanlaşdırılması filmin əsas mövzularıdır. 1970-ci ildə ekrana rejissora dünya şöhrəti gətirən "Konformist" (Il Conformista) filmi çıxır. Film Alberto Moravianın eyniadlı romanı əsasında çəkilmişdi. 29 yaşlı rejissorun bu işi bütün peşəkar kinotənqidçilərdən yüksək qiymət almışdır. Film 1971-ci ildə Ən yaxşı film nominasiyasında milli İtalyan kinomükafatı "David di Donatelloya" layiq görülmüşdü. Film Bertoluççiyə Ən yaxşı ssenari nominasiyasında ilk Oskar namizədliyini gətirib. Təhkiyə strukturunun mürəkkəbliyi və kinomatoqrafda novatorluğuna görə bu film dünya kinomatoqrafının inkişafına əhəmiyyətli təsir göstərmiş, "Xaç atası" (1972), "Apokalipsis bu gün" (1979) kimi yeni nəsl psixoloji dramların yaranmasına yol açmışdı.

Uğurdan ilhamlanan Bertoluççi yenidən nəzərini sirli və əsrarəngiz şərqə çevirir və 1990-cı ildə Pol Boulzun eyniadlı romanı əsasında, Afrika mövzusunda psixoloji dram "Göylərin pərdəsi altında" filmini ( The Sheltering Sky) çəkir. Dünya kino mətbuatı tərəfindən bir tərəfli qəbul edilməyən filmdən Pol Boulz da razı qalmamışdı. Bertoluççi üçün ənənəvi olan qadın və kişi, sevgi və ehtiras, tale və ölüm, zorakılıq və mazoxizm arasında mürəkkəb münasibətlərin analizindən əlavə bu film avropa və şərq sivilzasiyanın toqquşmasına həsr olunmuşdu.

1993-cü ildə Bertoluççi buddizmin əsasını qoyan, şahzadə Qautama Buddanın həyat hekayəsini ekranlaşdıraraq şərq mövzusunu davam etdirir və "Balaca Budda" (Little Buddha) filmini çəkir. Əvvəlki filminin Amerikada soyuq qəbul edildiyi üçün zərbə alan Bertoluççi "Şərq trilogiyasının" sonuncu filmi olan "Balaca Buddada" təsvirin baxımlılığını mürəkkəb, xüsusi effektlər vasitəsi ilə kəskin artırır və fəlsəfənin geniş auditoriya üçün daha anlaşılan olmasına çalışır.

1995-ci ildə 15 il aradan sonra Bertoluççi baş rolunu Liv Taylerin oynadığı hadisələri İtaliyada baş verən "Qaçan gözəllik" filmini çəkir. Film əsrarəngiz İtaliya peyzajları fonunda atasını axtaran gənc amerikalı xanımın tarixçəsi barədədir. Liv Tayler üçün bu film böyük kinomatoqrafiyaya giriş bileti rolunu oynayıb.

2003-cü ildə ekranlara Bertoluççinin erotik dram filmi olan "Xəyalpərəstlər" (The Dreamers) çıxır. Hadisələrin mərkəzində kinomatoqrafik allüziyalarla zəngin, ətrafdan təcrid olunmıuş Paris mənzilində 1968-ci ilin tələbə qiyamı fonunda baş verən seksual inqilabdır. Filmin seksual səhnələrlə zəngin olması və üç gənc arasında olan qeyri-adi münasibətdən bəhs etməsi bir çox kinotənqidçidən mənfi rəy almasına səbəb olmuşdu.

2012-ci ildə Kann festivalının proqramdan kənar nümayiş olunan filmlər arasında hələlik Bertoluççinin sonuncu dram filmi "Mən və sən" (Io e te) nümayiş olunmuşdu.

Aysu Aliyeva
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR