SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Zakir Həsənov Siyavuş Novruzov da olmaqla bu deputatları təltif etdi

12-11-2018, 17:18 | Oxunub: 8 823 |

Zakir Həsənov  Siyavuş Novruzov da olmaqla bu deputatları təltif etdi

Noyabrın 12-də Milli Məclisdə bir sıra deputata “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata tədbirdə çıxış edən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, 2018-ci il Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Bu münasibətlə həm Azərbaycanda, həm də ölkəmizdən kənarda xeyli sayda tədbirlər keçirilib.

“Bu tədbirlər hələ də davam edir. Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclas keçirildi. Bu iclasa xarici ölkələrdən xeyli sayda qonaqlar qatıldı. İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə əlaqədar möhtəşəm parad keçirildi. Paradda 100-ə yaxın xarici ölkədən nümayəndələr iştirak edirdilər. Dünyanın bir çox aparıcı informasiya vasitələri bu parad barədə reportajlar hazırladılar və informasiyalar verdilər. Bu, hər birimiz üçün qürurvericidir”.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Milli Məclisin deputatlarının ordu quruculuğu sahəsindəki fəaliyyətini yüksək dəyərləndirərək bildirib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilir. Deputatlar həmin tədbirlərdə də fəal iştirak edirlər.

Tədbirin sonunda “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı haqqında Əsasnaməyə müvafiq olaraq Milli Məclis sədrinin müavinləri Bahar Muradovaya və Valeh Ələsgərova, parlamentin komitə sədrləri Əli Hüseynli, Ziyad Səmədzadə, Eldar İbrahimov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Aqiyə Naxçıvanlı, Ülvi Quliyev, Siyavuş Novruzov, Arif Rəhimzadə, İsa Həbibbəyli, Rafael Hüseynov və Səməd Seyidova, deputatlar Aydın Mirzəzadə, Aqil Abbas, Adil Əliyev, Xanlar Fətiyev, Fərəc Quliyev, Hikmət Məmmədov, Elman Məmmədov, Zahid Oruc, Bəxtiyar Sadıqov və Hacı Salayevə müdafiə naziri Zakir Həsənovun əmri əsasında Milli Ordumuzun yaranmasının 100 illiyi ilə bağlı təsis olunmuş yubiley medalı təqdim olunub.


Aynurə Kərimova,
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR