SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“20 ildən sonra azanı eşidənlər hönkür-hönkür ağlayırdı” – Rəcai Kutan

12-11-2018, 17:03 | Oxunub: 8 847 |

“20 ildən sonra azanı eşidənlər hönkür-hönkür ağlayırdı” – Rəcai Kutan

“Tək partiyalı hakimiyyət dönəmində CHP təhsil sistemini korladı, azanı ərəbcə oxuyan müəzzinlər dərhal həbs olunurdu. Bu əməllərinə görə, xalq İsmət İnönünü sevmirdi.”

Emtv.az xəbər verir ki, bu sözləri Milli Görüşün liderlərindən olan və həmin dövürləri yaşamış Rəcai Kutan deyib.

“İsmət İnönünün hakim olduğu dövrdə edilən haqsızlıqlara, zülmlərə üsyan edər bir vəziyyətə gəlmişdik. O dövrdə Milli Təhsil naziri Həsən Əli Yücel idi və milli təhsildə marksist komplektləşdirməyə başlamışdı. Təhsil sistemimizdə o dövrdə aparılan korlanmanın unudulmaması lazımdır.

Məktəb həyatım dövründə əlamətdar bir hadisə oldu. İstanbul Radiosunda Osmanlı dövrünün və Cümhuriyyətin ilk Baş Qərargah rəisi Fevzi Çakmaqın vəfat xəbəri yayıldı. Fevzi Çakmaq ö dönəmdə İsmət İnönüyə nisbətdə çox sevilirdi. İsmət İnönü də Fevzi Çakmaqa qarşı nifrət bəsləyirdi.

Bu xəbər yayıldıqdan sonra, İstanbul Radiosunda oyun havaları çalmağa başlandı. Bu səbəbdən də tələbələrlə aksiya təşkil etdik.

Hərbi radionun ofisinə hücum etdik. Bir az sonra məşhur Rum polisləri gəldilər. Əllərində dəyənəklərlə hücum etdilər. Daha sonra elan edildi ki, dövlət mərasimi Bəyazıt məscidində keçiriləcək. O dövrdə ərəbcə azan qadağan edilmişdi. 1950-cu ildir, hər hansısa bir yerdə müəzzin ərəbcə azan oxuyardısa, dərhal birbaşa məhkəməyə aparardılar. Dəfnə gedəndə meydan ağzına qədər dolu idi. Azan vaxtı gəldi. İki minarədən də ard arda azan ərəbcə oxunmağa başlandı. Mən o vaxt 20 yaşındaydım. Ərəbcə azanı böyük bir məsciddə ilk dəfə eşitdim. Bir də baxdım ki o meydanı dolduran xalq ağlayır. 20 il azan həsrəti çəkmiş bir nəsildənəm mən”

Aynurə Kərimova,
Emtv.az

Paylaş,

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR