SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Körpələrin ağız boşluğunda yaranan göbələk və onunla mübarizə

30-10-2018, 21:08 | Oxunub: 10 285 |

Körpələrin ağız boşluğunda yaranan göbələk və onunla mübarizə

El arasında ağızgəlmə, süd yarası, bəzən də pambıqca kimi tanınan xəstəlik əslində ağız boşluğunun selikli qişasının göbələklə zədələnməsidir. Ağız boşluğu və uşaqlıq yolunda göbələklər daim olur, lakin normal immun sistemi və mikroorqanizmlər onların inkişafının, xəstəlik törətməsinin qarşısını alır. Hər hansı səbəbdən immunitet zəifləyən zaman daimi olaraq ağız boşluğunda yaşayan göbələklərin inkişafı və artıb çoxalması üçün münbit şərait yaranır, xəstəlik baş qaldırır.

Emtv.az xəbər verir ki, bu barədə həkim-pediatrı Məlahət Qasımova deyib: “Xəstəlik yeni doğulan körpələrdə daha çox müşahidə olunsa da, ona bir yaşına qədər uşaqlar və bəzən böyüklər arasında da rast gəlinir. Körpələr göbələyə əvvəlcə ananın doğuş yollarında, sonralar isə qidalanmada istifadə olunan əmziklər vasitəsilə yoluxur. Həyatın ilk həftələrində immun sisteminin tam formalaşmaması səbəbindən yenidoğulmuşlarda xəstəlik özünü tez-tez büruzə verir. Böyüklərdə antibiotiklərdən qeyri-düzgün istifadə, hormonal pozulmalar, keçirilmiş ağır xəstəliklərdən sonra və hamiləlik zamanı göbələk infeksiyası baş qaldırır. Şəkərli içkilərdən daim istifadə etmək də ağız boşluğunda göbələklərin inkişafı üçün münbit şərait yaradır”.

Həkim xəstəliyin əlaməti olaraq əvvəlcə körpənin dilinin üstündə, yanaqlarının içəri səthində, damaq və dodaqlarında ağ, pambığabənzər ərpin əmələ gəldiyini deyib: “İlk baxışdan adi ərp kimi görünsə də, qoparmağa çalışanda altdakı selikli qişa qanayır və yanıq təsiri bağışlayır. Əmmə və udma aktı kifayət qədər ağrılı olur. Körpə qidadan imtina edir, narahatlıq keçirir və yata bilmir. Valideynlərin əsas narahatlığı körpədə qidalanmanın zəifləməsi və çəki artımının ləngiməsindən olur. Vaxtında və düzgün müalicə aparılanda bir həftəyə qədər sağalma müşahidə olunur, əlamətlər aradan qalxır. Müalicə olunmayanda və ya düzgün aparılmayanda proses daha da genişlənir, ərplər yumşaq damağa və əsnəyə yayılır. Hətta göbələk infeksiyası bağırsaqlarda disbakterioz yaradacaq dərəcədə geniş sahəni əhatə edir. Müalicə əsasən göbələk əleyhinə preparatlarla aparılır”.

Müalicə ilə yanaşı aparılan profilaktik tədbirlər barədə danışan pediatr deyib: “Ana südü ilə qidalanmanı davam etdirmək, döş giləsinin təmizliyinə xüsusi fikir vermək və onu daim quru saxlamağa çalışmaq lazımdır. Çünki nəmli mühitdə göbələklərin inkişafı üçün münbit şərait yaranır. Hər dəfə uşağa süd verməzdən əvvəl ana əllərini sabunla yumalı, körpənin qidalanmasında istifadə olunan əşya və əmziklər daim təmiz və steril olmalıdır.

XIX əsrdə yaşamış fransız alimi Klod Bernar deyib ki, mikrob heç nədir, mühit isə hər şeydir. Orqanizmdə turş-qələvi mühit pozulanda göbələk uçun əlverişli turş mühit yaranır. Onun yaranmasının əsas səbəbi çoxlu şəkər, un məmulatları və hətta inək südünün qəbul edilməsidir. Ona görə də uşağa süd verən ana sağlam qidalanmalıdır. Körpə süni gidalanırsa, tərkibində inək südü olan qarışıqdan imtina etmək lazımdır”.

Seymur Rəhimov
Emtv.az


Paylaş:
azertag

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR