SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Zamirə Hacıyeva kimi varlı olsanız, pulunuzu nəyə xərcləyərdiniz – məşhur qadınlar cavab verir

13-10-2018, 12:19 | Oxunub: 14 233 |

Zamirə Hacıyeva kimi varlı olsanız, pulunuzu nəyə xərcləyərdiniz – məşhur qadınlar cavab verir

Artıq bir neçə gündür ki, həm Azərbaycan, həm də Rusiya, Britaniya, Türkiyə mətbuatında Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın dəbdəbəli həyat tərzi barədə məlumatlar dərc edilir. Onun milyonlarla dolları alış-veriş mərkəzlərində xərcləməsindən tutmuş, özəl təyyarə almasına, mülk sahibi olmasına, şüşəsi 4 min manata şərab içməsinə kimi çox şey yazılıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Azərbaycanın tanınmış xanımları ilə maraqlı sorğu edib. Onlardan soruşduq ki, Zamirə Hacıyevanın imkanlarına sahib olsaydılar, nə edərdilər?

Zamirə Hacıyeva kimi varlı olsanız, pulunuzu nəyə xərcləyərdiniz – məşhur qadınlar cavab verir

Sabiq deputat, “Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı sorğumuzu bu cür cavablandırdı:

“Əvvəla, heç vaxt o xanımın yerində olmağımı arzulamazdım. Həmişə arzu edərdim ki, qazandığım pul öz halal zəhmətlə olsun və heç kəsin qarşısında “gözü kölgəli” olmayım. Amma ümumilikdə əgər mənim də o cür maddi imkanım olsaydı xeyriyyəçiliyə, kasıb insanlara, xüsusən də tələbələrin təhsili üçün, məktəb və uşaq bağçalarına, xəstəxanalara xərcələyərdim. Təbii ki, əqli yerində olan, vətənpərvərlik hissinə malik qadınların hər biri bu cür etmək istəyər, arzulayar. Tanrı bizə elə bir imkan yetirsin ki, xalqımız, millətimiz, dövlətimiz qarşısında bu cür işlər görə bilək.

Konkret olaraq Zamirə Hacıyevanın gördüyü işlərə gəldikdə isə, mən bunu görməmişlik adlandırardım. Təbii ki, bu pullar haram yolla qazanılan, oğurluq olduğundan onlar üçün heç bir dəyəri olmur və mənasız alış-verişə xərcləyirlər. Əlbəttə ki, hər bir qadın alış-verişi xoşlayır və bu onun psixologiyasına yaxşı təsir göstərir. Lakin bu qədər barbar, ağılsızcasına alış-veriş etməyi yalnız görməmişilik adlandırmaq olar. Onun bu hərəkəti həm də cinayətdi.

Məlum olduğu kimi, onun həyat yoldaşı məhkəmənin hökmü ilə 15 il həbs cəzasına məhkum edilib. Düşünürəm ki, bu vəziyyətdə Zamirə Hacıyevanın heç fikrinə gəlməz ki, insanları şoka salan, görünməmişcəsinə bahalı alış-veriş etsin. Bir daha qeyd edirəm ki, bunun bir adı var – görməmişlik, görgüsüzlük”.

Zamirə Hacıyeva kimi varlı olsanız, pulunuzu nəyə xərcləyərdiniz – məşhur qadınlar cavab verir

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə maraqlı məqama toxundu:

“Sizin əmin edirəm, mənim heç zaman bu qədər pulum ola bilməz. Çünki həmin milyonların heç biri alın təri ilə qazanılmayıb. Bir məsələni qeyd edim ki, Amerikada adətən milyarderlər öz uşaqlarına çox pul miras qoymur. Çünki istəyirlər ki, uşaqları özləri çalışıb qazanc əldə etsin. Amerikada yaşayan tanışlarımızdan da eşidirik ki, kimlərsə tələbələrin təhsilinə, məktəblərin, baxçaların açılmasına pullar xərcləyir. Yaxşı olardı ki, insanların maddi imkanları çox olduqca xeyriyyəçiliyə xərcləsinlər”.

Zamirə Hacıyeva kimi varlı olsanız, pulunuzu nəyə xərcləyərdiniz – məşhur qadınlar cavab verir

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da qeyd etdi ki, xərclənən pulların hesabatı insanlarda şok yaradıb:

“İnsanın bu qədər pulu olsa, bəlkə də özünü itirər. Əgər maddi imkanım bu qədər çox olsaydı, qız uşaqlarının təhsil alması üçün, uşaqlarını baxçaya qoya bilməyən, buna görə işləməkdən məhrum olan analar üçün proqramlar hazırlayardım ki, onlar da çalışa bilsin və təbii ki, böyük sığınacaq və kişilər üçün aqressiyaya qarşı mərkəzlər açardım.

Düşünürəm ki, bu qədər məbləğin birdən paltara, şəraba və yaxud digər şeylərə verilməsi heç də acgözlük məsələsi deyil, sadəcə çirkli pulların silinməsi üçün vasitə, oyundur. Yəqin ki, hansısa formada həmin pulları bazara çıxartmağa çalışıb.

Ümumiyyətlə insanların şok yaradan alış-veriş etməsinin səbəbi özünü təsdiq etmək istəməsi, mərhəmət hissinin itirilməsidir. Bu cür insanlar ölkəni düşünməyən, gələcək planları olmayan, milli hissdən uzaqdılar”.

Zamirə Hacıyeva kimi varlı olsanız, pulunuzu nəyə xərcləyərdiniz – məşhur qadınlar cavab verir

Yazıçı-publisist Mehriban Vəzir:

“Mənim dədə-babalarım çox zəng olub, onların Qarabağda böyük torpaqları olub. Məsələn, nənəm ərə gedəndə atası ona cehiz kimi 12 kəndi hədiyyə verib. Bu kəndlərin vergisinin hamısı nənəmin cibinə axıb. Eyni zamanda pambıq zavodları və digər müəssisələri olub. Vəzirovlardan 10 nəfər Avropada təhsil alıb, yəni ziyalı olublar. Maddi imkanları çox olduğu üçün məktəb açıblar, kasıb uşaqları oxudublar, xeyriyyə işlərində köməklik göstəriblər. Bildiyiniz kimi, Nəcəf bəy Vəzirov ilk teatrın yaradıcısı olub, Qasım bəy Vəzirov isə nəşriyyat, 8 mətbuatın açılmasında yaxından iştirak edib. Mən bu işlərə görə öz soyuma çox böyük hörmətim var. Yəni mən onların törəməsiyəm və maddi imkanım çox olsaydı, bu cür işləri davam edərdim. Lakin xeyriyyəçi olmaq üçün ilk növbədə pulun, varidatın halal olmalıdır. İkinci bir tərəfdən, insanın özü nəcib olmalıdır. Nə birinci, nə də ikinci xüsusiyyətə malik olmayanda, olursan Zəmirə Hacıyeva. Onun davranışları görməmişlikdən, genetik zəiflikdən, mənliksizlikdən irəli gəlir. Mənlik o deməkdir ki, sənin imtina etmək gücün var və xəzinənin üstündə oturanda ona dəymirsən ki, bu, xalqa məxsusdur. Bütün bu cür yüksək keyfiyyətlər olmayanda insan yırtıcılaşır.

Şəkillərdən də görünür ki, həmin xanım kosmetik olaraq öz üzərində çox işləyib. Çox güman ki, estetik əməliyyatlar edən firmaları da araşdırsalar məlum olacaq ki, ora da külli miqdarda milyonlar xərcləyib. Bu insanlar zahirən özlərini gözəlləşdirir, lakin mənəviyyatlarına fikir vermirlər”.

Zamirə Hacıyeva kimi varlı olsanız, pulunuzu nəyə xərcləyərdiniz – məşhur qadınlar cavab verir

Politoloq Nəzakət Məmmədova isə bildirdi ki, gözəl geyinmək hər bir qadının arzusudur və təbii istəyidir, lakin buna həddən artıq aludəçilik normal hal deyil:

“Hətta müasir psixologiyada “şopinqomaniya” deyilən bir sindrom da var. Bu, maniya halına gələndə insanda pis, zərərli vərdişə çevrilir. Hər bir şey həddində yaxşıdır. Dinimiz də nə çox israfçılığı, nə də çox xəsisliyi qəbul etmir və mütəvazi davranmağı tövsiyə edir. Belə əməl günah sayılmasa da, bəyənilmir və məkruh sayılır. Üstəlik, bu əməl halal qazanılmamış pullar hesabına edilirsə, artıq günaha yazılır.

Bir çox dünya ulduzları var ki, onlar bahalı brend geyinməkdənsə, onun pulunu yoxsul insanlara ianə verməyi üstün tutur. Doğrudur, dünya əzəldən belə qurulub ki, müəyyən insanların geyimi, bahalı zinyət əşyaları onların statusu ilə vəhdət təşkil edib, lakin hər bir halda sadəlik gözəllikdir. Düşünürəm ki, insan bahalı, dəbdəbəli geyimlər, zinyət əşyaları istifadə edəndə öz şəxsiyyəti arxa plana keçir, özünü kölgədə qoymuş olur. Mevlana demiş, çox insanlar gördüm üstündə libası yox, çox libaslar gördüm içində insan yox! Daxili zəngin olan insan xarici zənginliyə çox da aludə olmaz. Bu baxımdan hələ qədim zamanlardan o xanımların adı bu günədək tarixdə yaşayıb ki, onlar əllərində olan vəsaiti ehtiyacı olana sərf ediblər, yardımsevər olublar. İndiyədək onların adı və əməlləri tarixdə qalır, hamı da onlara rəhmət oxuyur.

Üstəlik, sözügedən xanımı Hacı Məmmədov oğurlamışdı və zindanda saxlamışdı. Belə vəziyyətə düşən insan məncə dünyanın faniliyini, ölümün yaxınlığını daha çox dərk etməli olardı. Məcburi tərki-dünya olan insanlar daha çox müdrikləşir bəzən.

Şəxsən mənim pulum çox olanda minimal ehtiyaclar üçün saxlayıb, qalanına kitab almışam. Çünki insan bu dünyanı dərk etməli, kamilliyə can atmalıdır. Həddən artıq zəngin olsaydım, mütləq öz yaşayışım üçün bir miqdar vəsait saxlayıb, qalanını xeyriyyə işlərinə, insanların təhsil almasına, maariflənməsinə sərf edərdim. Elə bir işə vəsait qoyardım ki, uzun illər insanlara faydalı olsun. Konkret olaraq, mənim bir arzum var. O da gələcəkdə “Qırmızı Xaç” cəmiyyəti kimi bir təşkilat yaratmaq və əsir, girovluqda olan insanlara kömək etməkdir. Dünyanın harasında olursa-olsun doğmalarından uzaqda olan insanları azad edib, qovuşdurmaq ən böyük arzumdur. İstərdim ki, öz vəsaitim olsun, heç kəsdən asılı olmayım. Lakin qrant alsam, məcburam onların dediyi kimi olum, müstəqil olmayım. “Qırmızı Xaç” artıq çoxdan başqa cür olub, heç bizim iki girovumuzla bağlı adi məktub belə gətirmir. Heç 4 mindən çox məzlum, binəva əsirlərimizi demirəm. Bayrağında xaç olan təşkilatın fəaliyyətindən nə gözləmək olar?! Odur ki, şopinqə çox vəsaitlər xərcləyən insanlar məncə bu dəyərlərdən uzaqdırlar, yoxsa ehtiyacı olanlara kömək edib savab qazanardılar. Hər mövsümdə dəbdən düşən əşyalara o qədər pullar xərcləyən insanları anlamağa çətinlik çəkirəm”.

Xalidə Gəray
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR