19 sen 15:00Oxunub: 90 |

Çiyələklərə iynə batıran şəxsin kimliyi TƏƏCCÜB yaratdı: "Zarafat edirdim"

Çiyələklərə iynə batıran şəxsin kimliyi TƏƏCCÜB yaratdı: "Zarafat edirdim"

Avstraliyada çiyələyə iynə batırmaqda şübhəli bilinən uşaq saxlanılıb.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə böyük təşvişə səbəb olan hadisədə çiyələklərə iynə qoyduğunu etiraf edən uşaq saxlanılıb.

Əyalət qanunlarına görə, insanların həyatı üçün təhlükə yaratması səbəbindən uşağa 10 ilə qədər həbs cəzası düşür.

Uşaq ifadəsində bunu zarafat olsun deyə etdiyini deyib.

Əyalət polisi S.Smit uşağın qanunla cəzalanmalı olduğunu bəyan edib: "Əyalət qanunları əsasında ərzaqları bilərək zərərli hala gətirən şəxslərə 10 ilə qədər həbs cəzası düşür. Bundan başqa, bu kimi davranılara yol verən şəxslər haqqında polisə məlumat verən vətəndaşları 100 min Avstraliya dolları dəyərində pul mükafatı gözləyir".

Xatırladaq ki, içərisinə iynə yerləşdirilmiş çiyələklər Viktoriya, Qərb Avstraliya, Yeni Cənubi Uels, Tazmanya və Qərbi Avstraliya ştatlarında aşkarlanmışdı. Bundan başqa, ölkə daxilində təxminən 100 nəfərə yaxın şəxs içində iynə olan çiyələklərdən şikayət edib.

Seymur Rəhimov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 975
XƏBƏR LENTİ

Reklam
Məzənnə