18 sen 15:03Oxunub: 325 |

UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Sentyabrın 18-dən etibarən UEFA Çempionlar Liqasının 2018/2019-cu il mövsümünə start verilir.

Emtv.az xəbər verir ki, dünyanın ən mötəbər klub turniri sayılan UEFA Çempionlar Liqasının C qrupunda yer alan “Liverpul” və PSG klubları üz-üzə gələcəklər. Futbolsevərlər bu iki klub arasında baş tutacaq görüşü Məhəmməd Salah və Neymar qarşılaşması kimi qiymətləndirirlər.

M.Salah və Neymar ilk dəfə 2015-ci ildə “Roma” və “Barselona” oyununda üz-üzə gəliblər. Həmin görüş 1:1 hesabı ilə başa çatıb, görüşdə heç bir oyunçu fərqlənməyib.

“Liverpul” və PSG UEFA Çempionlar Liqasında heç vaxt qarşılaşmayıblar. Görüş “Enfild” stadionunda keçiriləcək. C qrupunun digər qarşılaşmasında “Crevena Zvezda” Serbiyada “Napoli” klubunu qəbul edəcək.

UEFA Çempionlar Liqasının birinci turunun ilk oyun günündə altı qarşılaşma baş tutacaq.

A qrupunda yer alan “Brügge” (Belçika) “Borussiya” (Dortmund, Almaniya) klubunu qəbul edəcək. Qrupun favoritləri sayılan “Atletiko Madrid” (İspaniya) səfərdə “Monako” (Fransa) klubunun qonağı olacaq.

B qrupunda maraqla gözlənilən oyun İtaliyada baş tutacaq. “San-Siro” stadionunda meydan sahibi “İnter” İngiltərənin “Tottenhem” klubunu qəbul edəcək. Bu klublar bu vaxta kimi UEFA Çempionlar Liqasında iki dəfə qarşılaşıblar. 2010/2011-ci ilə təsadüf edən görüşdə hər iki komanda UEFA Çempionlar Liqasının A qrupunda mübarizə aparıblar. İtaliyada keçirilən oyun 4:3 hesabı ilə “İnter”ın, İngiltərədə isə 3:1 hesabı ilə “Tottenhem”in qələbəsi ilə başa çatmışdı.

Bu qrupun digər favoriti sayılan İspaniyanın “Barselona” klubu “Nou Kamp” stadionunda PSV (Hollandiya) klubunu qəbul edəcək.

D qrupunda aşkar favorit yoxdur, hər dörd komanda eyni gücə malikdir. Türkiyənin bu turnirdə yeganə təmsilçisi “Qalatasaray” klubu “Türk Telekom” stadionunda Rusiya təmsilçisi “Lokomotiv”lə üz-üzə gələcək. “Şalke” (Almaniya) isə Portuqaliyanın “Portu” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının B qrupunun oyunları Bakı vaxtı ilə 20:55-də, digər qrupların oyunları isə saat 23:00-da başlayacaq.

Seymur Rəhimov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 1210
XƏBƏR LENTİ

Reklam
Məzənnə