SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ağbulaq İstirahət Mərkəzində idmançılar üçün növbəti “Yay məktəbi”

14-09-2018, 09:06 | Oxunub: 14 668 |

Ağbulaq İstirahət Mərkəzində idmançılar üçün növbəti “Yay məktəbi”

Naxçıvan Muxtar Respublikasının füsunkar təbiətə malik Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində növbəti “Yay məktəbi” təşkil edilib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, Həmkarlar İttifaqları Şurası və idman federasiyaları tərəfindən təşkil edilən məktəbin budəfəki qonaqları muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının idmançıları olub.

“Yay məktəbi” beşgünlük istirahət proqramına uyğun olaraq təşkil edilib.

Ağbulaq İstirahət Mərkəzində qonaqları təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. İdmançılara vətənpərvərlik mövzusunda film nümayiş etdirilib. İstirahətin ilk günü şahmat və stolüstü tennis idman növləri üzrə yarışlar da keçirilib.

Növbəti günə səhər gimnastikası ilə başlayan idmançılar əyləncəli oyunlarda iştirak edib, Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olub, “Ağbulağ”a yürüş ediblər. Sonra idmançılar mərkəzin stadionunda minifutbol qarşılaşmasında qüvvələrini sınayıblar. Günün sonunda isə vətənpərvərlik mövzusunda mahnılar dinləyiblər.

Gənc idmançılar Aprel döyüşlərindən bəhs edən “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir”, eyni zamanda, şəhid Qabil Orucəliyevə həsr olunmuş sənədli filmlərə baxıblar.

Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqi kollektivi gənclər qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR