SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ermənistanda korrupsiya halları son həddə çatıb

5-09-2018, 15:56 | Oxunub: 5 290 |

Ermənistanda korrupsiya halları son həddə çatıb

Ermənistanda yeni hökumətin korrupsiyaya qarşı mübarizə barədə bəyanatlarına baxmayaraq, rəsmi mənbələr bu cür halların çoxaldığını etiraf etməli olub.

Emtv.az xəbər verir ki, bu ölkənin Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryan altı dövlət idarəsində korrupsiya faktlarını açıqlayıb.

Onun sözlərinə görə, ən rüsvayçı yeyinti halları “Yüksəkgərginlikli elektrostansiyalar” QSC-də aşkarlanıb.

Bu müəssisənin rəhbərliyi istismar müddəti başa çatmış və hər birinin qiyməti 25 min dollar olan transformatorların istehsal tarixini silərək onları yeni avadanlıq kimi təqdim edib.

Mənimsənilən 291 min dolların dövlət büdcəsinə qaytarılması üçün sənədlər prokurorluğa göndərilib. Bundan başqa, xarici şirkətlə imzalanan müqavilənin dəyəri də 1,5 milyon dollar şişirdilib.

Sanasaryan əlavə edib ki, “Ukrinvest”, “Lusanşan”, “Rodina-Diaspora” və digər müəssisələrdə də maliyyə fırıldaqları və digər korrupsiya faktları aşkarlanıb.

Xidmət rəisi vurğulayıb ki, bütün bu iqtisadi cinayətlər Ermənistanda “məxməri inqilab”dan sonrakı dövrdə törədilib.

Ermənistan Aqrar Universitetinin rektoru Nşan Qriqoryan isə saxta tender yolu ilə satınalma əməliyyatları keçirməkdə ittiham olunur.

Bununla yanaşı, Rusiyada diaspor fəaliyyəti ilə məşğul olan “Rodina-Diaspora” təşkilatının Ermənistan İctimai Televiziyasına sənədli film çəkilişi üçün 145 min dollar pul köçürməsi faktı ilə bağlı da cinayət işi qaldırılıb.

Məlum olub ki, televiziya bu filmi öz vəsaiti hesabına lentə alıb.

Aysu Əliyeva,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR