17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Rövşən Rzayev Şəkidə köçkünlərlə görüşdü
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şəki şəhərində məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində vətəndaşları qəbul edib.
Emtv.az xəbər verir ki, qəbulda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət, status, işəgötürmə, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə əlaqədar olub. Komitə sədri onları fərdi qaydada dinləyib, müraciətlər qeydə alınıb.
Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır və bu məsələni dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkünlərlə işin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Dövlət Komitəsinin sədri digər müraciətlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlər görüləcəyini bildirib.
Aysu Əliyeva,
Emtv.az