SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Zahid Qubadlı kövrəldi: “16 yaşımda donub qalmışam…”

31-08-2018, 11:07 | Oxunub: 13 280 |

Zahid Qubadlı kövrəldi: “16 yaşımda donub qalmışam…”

“25 ildir ki, Qubadlıdan uzaqdayıq”.

Emtv.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında klarnet ifaçısı Zahid Qubadlı işğal altında olan Qubadlı rayonundan danışarkən deyib.

O, rayonları işğal olunanda 16 yaşında olduğunu bildirib: “Yeniyetmə vaxtlarım idi. Bütün hadisələr lent kimi gözümün önündədir. Heç kəs ümidini itirmirdi, insanlar sona kimi vuruşdular. Amma neynəmək olar, hamı minbir zülmlə qurub-yaratdığı evini qoyub çıxdı. O gün gözümün önündən getmir. Düz 25 ildir ki, Qubadlıdan xəbər ala bilmirik. Yalnız portallardan oxuyuruq ki, Qubadlı işğaldan sonra da ermənilər tərəfindən tarmar edilir. Tarixi adbidələr, qəbiristanlıqlar dağıdılıb. Buna necə dözmək olar? Rayon işğal olunanda qohumlarımızdan 10 nəfər şəhid verdik. O gündən bəri nə qədər doğmalarımız dünyasını dəyişib. Mən də 16 yaşımda donub qalmışam. Bütün xəyallarım, ümidlərim 16 yaşımda necə idisə, bu gün də elədir. Ev-eşik yox, qaçqın həyatı… bunların hamısı ağır dərdir. Atam, əmim hamısı vətən həsrəti ilə dünyadan köçdi. Biz o torpaqlarda doğulsaq da böyüyə bilmədik”.

Zahid Qubadlının 4 qardaşı müharibə veteranıdır: “Onlarla döyüş bölgələrinə gedirdim. Rəhnətlik atam el sənətkarı idi. Döyüş zonalarına gedib konsertlər verir, əsgərlərə mənəvi dəstək olurdu. O vaxt bizim ordumuz yox səviyyəsində idi. Şükürlər olsun ki, bu gün Azərbaycanın böyük bir ordusu var. İnanırıq ki, işğal altında olan torpaqlar geri qayıdacaq”.

Aynurə Kərimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR