SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Qarabağ” Avroliqanın finalına yüksələ bilər – Rövnəq Abdullayev

31-08-2018, 09:27 | Oxunub: 8 915 |

“Qarabağ” Avroliqanın finalına yüksələ bilər – Rövnəq Abdullayev

“Dünən Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan futbolu üçün daha bir sevindirici hadisənin şahidi olduq.

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdi. Ağdam təmsilçisi artıq 4-cü dəfədir ki, bu nüfuzlu turnirin qrup mərhələsində oynamaq hüququ qazanır”.

Bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun növbəti dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı mətbuata açıqlamasında bildirib.

R.Abdullayev qeyd edib ki, “Qarabağ”ın Avroliqanın finalına yüksəlmək şansı var.

“Bu tarixi nəticə, Moldovanın “Şerif” komandası üzərində qazanılmış inamlı qələbə münasibətilə “Qarabağ” klubunun rəhbərliyini, məqşçi-inzibati heyətini, futbolçularını və əlbəttə ki, möhtəşəm dəstəyi ilə hər zaman komandanın yanında olan, qələbəyə səsləyən azarkeşləri təbrik edirəm. UEFA Avropa Liqasının cari mövsümünə Bakıda yekun vurulacaq. 2019-cu il mayın 29-da turnirin final qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu gün isə Monako şəhərində UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq. İkiqat sevindirici məqam odur ki, “Qarabağ”ın da adı püşkdə iştirak edəcək 48 klubun siyahısında var. Bu, həm də o deməkdir ki, turnirdə iştirak edən digər komandalar kimi, “Qarabağ” da Avropa Liqasının Bakıda keçiriləcək final oyununa yüksəlmək şansına malikdir. Heç şübhəsiz, bu, ölkəmizdəki hər bir futbolsevərin arzusudur. Arzumuzun həyata keçməsinə ümidlə ölkəmizin futbol ictimaiyyəti adından “Qarabağ”a qarşıdakı avrokubok oyunlarında uğurlar arzulayır, Avropa Liqasında keçirəcəyi oyunların sayının çox olmasını arzu edirəm” – R.Abdullayev AFFA-nın saytına deyib.

Seymur Rəhimov,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR