SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Dövlət Komitəsi Bakıda uşaq bağçasında körpənin döyülməsi ilə bağlı araşdırmalara başlayıb

30-08-2018, 15:48 | Oxunub: 9 499 |

Dövlət Komitəsi Bakıda uşaq bağçasında körpənin döyülməsi ilə bağlı araşdırmalara başlayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yasamal rayonunda yerləşən “Nərgiz” uşaq bağçasında 2 yaşlı Cavid Bəhlulzadənin(ad və soy ad şərtidir) döyülməsi ilə bağlı müvafiq araşdırmalara başlayıb.

Emtv.az xəbər verir ki, Dövlət Komitəsindən yerli mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələyə hüquqi qiymətin verilməsi üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə danışıqlar aparılır.

“Əgər məsələ kütləvi informasiya vasitələrində işıqlandırılıbsa, sözsüz ki, hüquq-mühafizə orqanları tərəfindən də məsələyə baxılaraq hüquqi qiymət veriləcək”, – Dövlət Komitəsindən vurğulanıb.

“Nərgiz” uşaq bağçasının direktoru Fəridə Hacıyeva isə “Report”a açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanlarına müraciət olunub: “Hüquq-mühafizə orqanlarının əməkdaşları və valideynin iştirakı ilə bağçanın kamera görünütülərinə baxılıb. Uşağın bağçaya daxil olduğu saatdan buranı tərk edənə kimi izlənilib. Heç bir neqativ və ya uşağın narahat olduğu hala rast gəlinmədi. Hətta uşağa qarşı qayğıkeş münasibəti görən valideyn bu görüntüləri öz telefonuna çəkdi. Hadisənin sonradan belə işıqlandırılması məni də düşündürür. Valideynlə əlaqə saxlaya bilmirəm ki, məsələni niyə belə formada qələmə verildiyinin səbəbini öyrənə bilim. Avqustun 21-də axşam saatlarında bizə zəng edildi ki, belə hal olub. Biz də avqustun 22-də kamera görüntülərinə baxdıq. Həmin günün görüntülərində heç bir problem müşahidə etmədik. Bütün otaqlarda kamera var. Sadəcə, valideyn idda edir ki, bisetkanın içərisidir. Amma həmin ana qədər baş verənlər görüntülərdə uşaq çox şən görünüb”.

Qeyd edək ki, sosial şəbəkələrdə körpənin uşaq bağçasında döyüldüyü iddia edilir.

Aysu Əliyeva,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR