17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İran Rusiyanın Bəşər Əsədi devirəcəyindən qorxduğu üçün rejimlə anlaşdı : Tehran-Dəməşq anlaşmasının arxa planı
Dünən İran müdafiə naziri Əmir Xatəmi Suriyada diktator Bəşər Əsədə bağlı rejim ordusunun yenidən qurulması üçün hər cür dəstək verəcəklərini açıqlamışdı.
Emtv.az xəbər verir ki, İranın Rusiyanın Suriyada çevriliş edəcəyindən qorxduğu üçün Əsəd ilə bu məsələdə razılaşdığı bildirilir.
Dünyanın 30 ölkəsində çap olunan “el-Arabi el-Cedid” qəzetinin hərbi mənbələrə istinadən yaydığı məlumata görə, Suriyada artan Rusiya və İran təsiri, iki ölkə arasında qarşıdurma həddinə çatıb. Məlumatlara görə, İran Rusiyanın Suriyada təsirini azaltmaq üçün tədbirlər görmək haqda düşünür.
“İran uzun müddətdir ki, Rusiyanın narahat olduğunun fərqində idi. Rəsmi Tehran müharibənin başa çatması ilə yenidən qurula biləcək ölkədə öz varlığını itirmək istəmir. Rusiya isə öz növbəsində İranın Suriyada varlığından narahatdır. Rəsmi Moskva Bəşər Əsədin qaldığı müddətdə Suriya böhranının həll olunmayacağını da bilir” – qəzet belə yazır.
Qeyd edək ki, İran müdafiə maziri Əmir Xatəmi, dünən BMT tərəfindən rəsmən 300000 vətəndaşın qətlində ittiham olunan diktator Bəşər Əsədlə görüşmüş və hərbi əməkdaşlıq sazişi imzalamışdı. İranın müqavilə çərçivəsində rejimə hər cür hərbi dəstək verəcəyini bildirən Xatəmi bunları demişdi: “İranın Suriyadakı varlığı Suriya hökumətinin istəyi əsasında baş tutub. İranın Suriyadakı varlığına dair üçüncü bir ölkənin fikir bildirmə haqqı yoxdur. Bu İran və Suriya arasında bir mövzudur. Heç kəsin buna müdaxilə haqqı yoxdur”.
Sevinc Əlimova,
Emtv.az
Paylaş: