SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ərdoğandan dünyaya mesaj:Dünyanı sömürərək özlərinə rifah quruluşu yaradanlara boyun əymədik, əyməyəcəyik – (Yenilənib)

18-08-2018, 13:00 | Oxunub: 8 114 |

Ərdoğandan dünyaya mesaj:Dünyanı sömürərək özlərinə rifah quruluşu yaradanlara boyun əymədik, əyməyəcəyik – (Yenilənib)

Dünyanı sömürərək özlərinə rifah quruluşu yaradanlara boyun əymədik, əyməyəcəyik.

Emtv.az xəbər verir ki, bu sözləri Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada VI qurultayında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ya olacağıq, ya öləcəyik deyərək hədəflərimizə addımlayırıq. Millətimizi bölməyəcək, dövlətimizi yıxamayacaqsınız. Yarandığımız gündən bəri gördüyümüz hər bir ədalətsizlik, zülm və riyakarlıq qarşısında səsimizi qaldırmaqdan geri durmayacağıq. Terrorçulara tabe olanlardan olmadıq, olmayacağıq. Öndə igidlər aslan kimi vuruşarkən, arxada əl ovuşturanlara bənzəmədik, bənzəməyəcəyik. Ölkə yanarkən ikiüzlülük ardınca qaçanlara etibar etməmişik, etməyəcəyik. Dünyanı sömürərək özlərinə rifah quruluşu yaradanlara boyun əymədik, əyməyəcəyik. Zahirdə bizə strateji tərəfdaş kimi görünərək atdığı hər addımla bizi strateji hədəf halına gətirməyə çalışanlara təslim olmadıq, olmayacağıq. Qısa çöpün uzun çöpdən haqqını bir gün alacağına inandıq, inanmağa davam etdirəcəyik”.
****

“Biriləri bizi iqtisadiyyatla, sanksiyayla, kursla, valyuta ilə, faizlə, inflyasiyayla təhdid edirlər. Biz də onlara deyirik ki, oyununuzu gördük və meydan oxuyuruq. Bilirik ki iman varsa imkan da var.”

Onuda qeyd edək ki, hazırda Türkiyənin hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada VI qurultayı geçirilir.

Emtv.az xəbər verir ki, Türkyə prezidenti Rəcəb Tayyib Ərdoğan konqres salonuna keçərkən partiya üzvlərinə müraciət edib.

“Heç əndişəniz olmasın. Bu zamana qədər bizi çökdürə bilmədilər. Bundan sonra da çökdürə bilməyəcəklər” – , deyə Ərdoğan bildirib.
Qeyd edək ki, qurultayda partiyanın yeni idarə sistemi bəlli olacaq. Həmçinin partiya sədri yenidən seçiləcək və İdarə Heyəti formalaşdırılacaq.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR