17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
ADP-dən Türkiyəyə dəstək – “ABŞ-ın irəli sürdüyü təkliflər qəbuledilməzdir”
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, ADP-nin İdarə Heyəti ABŞ-ın Türkiyə ilə münasibətləri nizama salınması üçün Türkiyəyə qarşı irəli sürdüyü 8 şərti müzakirə edib. İdarə Heyəti hesab edib ki, irəli sürülən tələblər, o cümlədən son zamanlar ABŞ-ın Türkiyənin düşmənləri ilə bir sırada yer alması Amerikanın etibarlı müttəfiq olmadığını bir daha sübut edir.
İdarə Heyəti bildirib ki, irəli sürülən tələblərin heç biri qardaş Türkiyə tərəfindən qəbuledilməzdir və bu tələblər dünyadakı bütün türklərin hissiyatına toxunmaqdır.
İdarə Heyəti ABŞ-ı Türkiyə ilə strateji müttəfiqlik prinsiplərinə sadiq qalmağa və Türkiyə ilə münasibətdə öz siyasətinə yenidən baxmağa çağırıb. İdarə Heyəti eyni zamanda bildirib ki, indiki zamanda dünya ictimaiyyəti də ABŞ-ın müstəqil dövlətlərin suveren hüquqlarının pozulmasına yönələn siyasətinə etiraz etməlidir.
ADP İdarə Heyəti Azərbaycan hökumətini bu çətin vaxtlarda qardaş Türkiyənin yanında olmağa, ona hər cür siyasi, diplomatik, iqtisadi və mənəvi dəstək verməyə, eyni zamanda bütün türkdilli dövlətləri də Türkiyənin haqlı mövqeyini müdafiə etməyə çağırıb.
AYNURƏ kƏRİMOVA,
Emtv.az
Paylaş: