SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Tanınmışlar vəfat edən Anar Nağılbazın arxasınca nələri danışdılar - Fotoları

6-08-2018, 19:56 | Oxunub: 13 111 |

Tanınmışlar vəfat edən Anar Nağılbazın arxasınca nələri danışdılar - Fotoları

Tanınmış reper Anar Nağılbazın dünyasını dəyişməsi ilə bağlı bir çox insanlar münasibət bildirib.

Emtv.az yerli KİV-ə istinadən reperin ölümü ilə bağlı tanınmışların fikirlərinin bəzilərini təqdim edir:

Xalq artisti Brilliant Dadaşova bir gün ədalətin öz yerini tutacağını bildirib:

Tanınmışlar vəfat edən Anar Nağılbazın arxasınca nələri danışdılar - Fotoları


“Anar, repi ilk dəfə Azərbaycanca səndən eşitdik. Sonra rep və estrada musiqisini birlikdə yenə sən bəsdələdin. Çoxları "oxuma" desə də mən çox bəyəndim və səninlə birlikdə bir neçə musiqi ifa etdim. Sən istedadlı insan idin.Başına gələnlər mənə maraqlı deyildi. Çünki axmaq insanların iyrənc əməllərinin nəticəsi məni maraqlandıra bilməz. Heyf ki, fitnə- fəsad sənin taleyini və müqəddəratını həll etdi. İnanıram ki başqasının bəxbəxtliyi üçün çalışanlar mütləq ilahi ədalətə tuş gələcək.”

Xalq artisti Faiq Ağayev reperin yanlış adamlara diqqət ayırdığını bildirib:

Tanınmışlar vəfat edən Anar Nağılbazın arxasınca nələri danışdılar - Fotoları

“Azərbaycanda repin əsasını quran, söz ustası, musiqi aşiqi Anar Nağılbaz haqq dünyasına qovuşdu.
Sənətini, bacarığını, ustalığını - xalqa, diqqətini yanlış adamlara xərclədin sən, Anar. Məkanın rahat olsun. Allah rəhmət eləsin!”

Rəqqasə Simona Amir reperin ölümünə söz tapa bilmədiyini və Allahdan rəhmət dilədiyini bildirib.

Tanınmışlar vəfat edən Anar Nağılbazın arxasınca nələri danışdılar - Fotoları

Reper Elşad Xose Allahdan rəhmət diləyib:

Tanınmışlar vəfat edən Anar Nağılbazın arxasınca nələri danışdılar - Fotoları

“Hər birimizin öz vaxtı var”

Prodüser Tarix Əliyev (Tolik) reperlə heç bir mübahisəsi olmadığını bildirib:

Tanınmışlar vəfat edən Anar Nağılbazın arxasınca nələri danışdılar - Fotoları

“Əslində reperlə heç bir mübahisəm olmayıb. Eşitdim pis oldum. Kaş kasıb övladlarına sahib çıxaydı. Yeni evliliyi ona düşmədi.”

Müğənni Ruhəngiz Musəvi kövrələ-kövrələ xatırladığını bildirir:

Tanınmışlar vəfat edən Anar Nağılbazın arxasınca nələri danışdılar - Fotoları

“Mən onunla APA TV-də Yalçın Uğurun verlişində tanış olmuşam. Bir yerdə olarkən insan kimi ona hötmətim vardı. Həyatının çətinliklərindən danışarkən, hətta işsizliyndən danışanda çox kövrəldim. Allah rəhmət eləsin. Valideyinlərinə səbr versin. Amin.”

Jurnalist Şahin Cavadsoy reperlə tanış olduqları günü xatırlayıb:

Tanınmışlar vəfat edən Anar Nağılbazın arxasınca nələri danışdılar - Fotoları

“Bağışla bizi Anar...Bağışla ona görə ki, sənin ölümünə səbəb olan bəzi klavyatura qəhrəmanları, indi də səhifələrində reytinq qazanmaq naminə valideynlərinin fəryadını, dəfnindən çəkilən videoları paylaşıb, izləyici qaldırmaqla məşğuldur... Sən Milli Rep'in banisi kimi, Anar Nağılbaz zirvəsinin sahibi kimi gözlərini yumaraq fani dünya ilə birdəfəlik vidalaşdın. Allah-Təala etdiyin günahları bağışlasın. Şəxsən mən səni mərd oğul kimi həmişə xatırlayacağam. Bu paylaşımı etdiyim an 24 il bundan əvvəl yaşadığım hadisə kino lenti kimi gözümün önündə canlandı. 1994-cü ilin oktyabr ayında keçmiş Politexnik texnikumunun akt zalında Anar anşlaqlı konsert vermişdi. Böyük qardaşımın sayəsində onunla şəxsən tanış olmaq imkanım oldu. İncəsənətə olan həvəsimdən ürəkdolusu danışdığımı görüb, səbrlə məni sona qədər dinlədi. Və sonda bir söz dedi: "Arzularının ardınca get". Bu görüşdən iki il sonra mətbuatda məqalələrim çap olunmağa başladı. Amma mənim Anarla ilk müsabəm 1999-cu ilə təsadüf etdi. İndiki Heydər Əliyev adına İdman-Konsert Kompleksinin səhnəsində onun növbəti izdihamlı konserti baş tutmuşdu. Kulisdə jurnalistlər açıqlama almaq üçün uzun növbə yaratmışdı. Otağının qarşısındakı cangüdənlər isə reperin yorğun olduğunu əsas gətirib, məkanı tərk etməyimizi istəyirdi. Foyedəki səs-küyə biganə qalmayan Anar, qapını açıb hər kəsə müsahibə verəcəyini söylədi. Mini konfransda Nağılbaz qəfldən gözlərimin içinə baxıb: "Oooooo, gör kimi görürəm, arzularının ardınca gedən qaqaşım"- dedi... Sözün həqiqi mənasında şoka düşdüm. 5 il bundan əvvəlki görüşümüzü xatırlayıb, iddialı yeniyetmənin jurnalistə çevrilməsindən fəxrlə danışmağa başladı. Bilmirəm nədəndir, mən sadəcə bu hadisəni sizinlə bölüşmək istədim.. Anar Nağılbaz artıq bir neçə saatdır haqq dünyasına qovuşub. Heç olmasa onu son mənzilində narahat etməyək. Ruhuna dua oxuya bilməyənlər, heç olmasa sussun! İcazə verin qəlbi dağlı ana və atası dərdlərini ovutmağa çalışsın. Allah-Təala ruhunu şad, məzarını nura qərq eləsin."

Astroloq Səbuhi Rəhimli də reperlə ilk tanışlığını xatırlayıb:

Tanınmışlar vəfat edən Anar Nağılbazın arxasınca nələri danışdılar - Fotoları

“1993-cü ilin yayında yaralı döyüşçü kimi Mərdəkanın "Günəşli" sanatoriyasında müalicə alırdım. Hər axşam açıq havada konsert və tamaşalar olurdu. Bir gün cavan bir oğlanın rep konsertinə də şahidlik etdim. 18 yaşlı bu gəncin oxuduğu "Narko-dünya" və "Qəribə həyat" məni dərin düşüncələrə apardı. Konsertdən sonra yaxınlaşıb tanış oldum. Sözləri özü yazdığını bilib daha böyük maraq göstərdim. Sonra dostlaşdıq. Daha sonra dünyada ilk dəfə olaraq onun üçün canlı klip teatrı yaratdım, səhnədə canlı kliplər qurdum, efirlərə, səhnələrə çıxdıq. Amma qadın və narkotikaya münasibətimiz bizi bir az məsafəli etdi. İllər ötdü, xəstəliyə düçar oldu, Amerikada müalicə olundu, qayıtdı. Hər şey normal görünürdü, peşəkarlığı da artmışdı, Brillyantla, Almazla mahnılar oxuyurdu. Tez-tez rastlaşırdıq. Masazırda müntəzəm görüşüb çay içirdik. Amma son iki ildə yenə fərqli bir Anarı görürdüm, gözləri axırdı, cəmiyyət sanki onu boğurdu, çox siyasiləşmişdi, amma sistemsiz və ümidsiz idi. Boş havaya hayqırırdı. Ailə sıxıntıları, maddi çöküntü, laqeydlik, efir "zapretləri" onu zatən öldürmüşdü. Bu gün isə özü bunu rəsmiləşdirdi. Mənim üçün çox ağır itki oldu. Allah rəhmət eləsin!”

Yazar- jurnalist Zahir Əzəmət Anar Nağılbazın repin banisi olduğunu bildirb:

Tanınmışlar vəfat edən Anar Nağılbazın arxasınca nələri danışdılar - Fotoları

"Anar Nağılbaz da getdi... Nəsildaşım idi. Çoxları xatırlamaz... 80-ci illərdə, hələ səkkizinci sinifdə oxuyurduq, "Azərbaycan pioneri" qəzetində Məmməd Aslanın ön sözü ilə onun "Anar Cəbiyev" imzası ilə şeilrləri çap olunmuşdu. Fərqli istedad olduğu ilk addımlarından duyulurdu. Kimin necə yanaşmasından asılı olmayaraq, Anar istedad idi. Son günlərini isə hamı tərəfindən tərk edilmiş və ağır depressiyada keçirdi. Nəslimizin yarpaq tökümü başlayıb demək. Bunu hiss etmək adamı rahatladır- bilmirəm bu hissi necə izah edim. Amma, doğrudan da, vaxtdır...

Anar haqqında mənfi danışacaq hər kəs unudulacaq. Amma Anarın adı ən azı Azərbaycan repinin banisi kimi qalacaq. Rahat uyu...”

Jurnalist, blogger Bahadur Seyidov istedadın başa dərd olduğunu bildirib:

Tanınmışlar vəfat edən Anar Nağılbazın arxasınca nələri danışdılar - Fotoları

“Mən səni sevirəm, səni sevirəm
Bu sözü sənə çoxdan demək istəyirəm...
Hamı kimi ona da öləndən sonra dedik... Heyif

Anar Nağılbaz vəfat edib. İstedadlı olmaq da bir dərddir, olmamaq da başqa dərd... Allah rəhmət eləsin.”

Teleaparıcı və aktrisa Mələk Heydərova belə status yazıb:

Tanınmışlar vəfat edən Anar Nağılbazın arxasınca nələri danışdılar - Fotoları

“Yıxılanı o qədər baltaladız ki... Anar Nağılbaz...
R.İ.P”

Avtovağzalın mətbuat katibi Yaşar İsakov təəssüfləndiyini bildirib:

Tanınmışlar vəfat edən Anar Nağılbazın arxasınca nələri danışdılar - Fotoları

“Gündüz saat 4-də Anar Nağılbazı iki tanışıyla söhbət edərək evlərinə tərəf gedəndə gördüm. İndi isə həyətlərində atasına başsağlığı verirəm. Həyat...”

Aysu Əliyeva, Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR