SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda Fermerlər Şurası yaradıldı

3-08-2018, 09:37 | Oxunub: 9 244 |

Azərbaycanda Fermerlər Şurası yaradıldı

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının yaradılmasına həsr olunmuş toplantı keçirilib.

Emtv.az xəbər verir ki, bu barədə Nazirlikdən verilən məlumatda bildirilir ki, ölkənin qabaqcıl fermerlərinin iştirakı ilə keçirilən toplantıda çıxış edən nazir İnam Kərimov ölkədə aqrar islahatların davam etdiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev nazirliyin qarşısında fermerlərə daha yaxın olmaq, onların problemlərini dinləmək və problemlərdən həll yollarını birgə axtarmaq kimi vəzifələr qoyub. Aqrar sahədə institusional layihələrin həyata keçirilməsinin davam etdiyini deyən nazir fermerləri Prezident İlham Əliyevin imzaladığı son fərmanla bağlı məlumatlandırıb.

Yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılacağını deyən İ.Kərimov bildirib ki, yeni qurum vahid pəncərə sisteminin tətbiqinə, şəffaflığın tam təmin olunmasına imkan verəcək. DAİM-lər yanında Fermer və Koordinasiya Şuralarının yaradılacağını xatırladan nazir bildirib ki, bu gün təsis olunan qurum da Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasıdır: “Kənd Təsərrüfatı Nazirliyinin son məqsədi odur ki, fermerlər torpaqdan daha səmərəli istifadə edə bilsinlər, daha çox məhsul istehsal edib, daha çox qazansınlar. Fermerlərin problemlərinin müəyyənləşmək, onların öz fəaliyyətlərini daha mükəmməl qurmasına kömək göstərmək məqsədilə Aqrar Tədqiqatlar Mərkəzi, fermerlərin öz məhsulu satmasına yardım göstərmək üçün “Dövlət Aqrar Ticarət Şirkəti” MMC yaradılıb. “Aqrolizinq” isə fəaliyyətini təkmilləşdirməli, ölkəyə yeni texnikalar gətirilməli, qiymətlər əlçatan olmalıdır”, – deyə o, qeyd edib.

Nazir Azərbaycanda 11 regional aqrokimya laboratoriyasının yaradıldığını xatırladıb. Onun sözlərinə görə, bu laboratoriyalar fermerlərə torpağın tərkibini analiz etməyə imkan verəcək, əkin sahələrində meydana çıxan bir çox problemlərin qarşısını əvvəldən almağa şərait yaradacaq. Nazir İnam Kərimov həmçinin könüllülük prinsipi əsasında kooperativlərin yaradılmasının vacibliyini vurğulayıb və fermerləri bununla bağlı maarifləndirmə işini sürətləndirməyə çağırıb.

Tanınmış fermerlərdən Fatma Hüseynova, İldırım Məmmədov, Bayram Əlləzov, Lətif Cəfərov, Mikayıl Davudov, Rafət Abbasov, Elman Nərimanov, Sahib Ramazanov, İvan Kazakov, Tərlan Hüseynov, Anar Tahirov, Suliddin Mahmudov, Aydın Həsənquliyev, Cümşüd Babayev çıxış edərək fermerlərin qarşısında duran vəzifələr, meydana çıxan problemlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. Görüşdə toxum və gübrələrin keyfiyyəti, sahələri daşdan təmizləyən texnikanın olmaması, suvarma problemləri, heyvandarlığın inkişafı üçün atılacaq addımlar ətrafında müzakirələr aparılıb. Görüşün sonunda 14 nəfərdən ibarət Fermerlər Şurasının İdarə Heyəti təsis olunub.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR