SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Heydər Əliyev prospektində qəza: 6 avtomobil toqquşub, 2-si aşıb

31-07-2018, 13:14 | Oxunub: 455 |

Heydər Əliyev prospektində qəza: 6 avtomobil toqquşub, 2-si aşıb

Ötən gün Heydər Əliyev prospektinin köhnə “Komsomol” dairəsi yaxınlığından keçən hissəsində dəhşətli qəza baş verib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, sürətlə hərəkət edən “Wolksfagen” markalı avtomobil “Mercedes” markalı iki minik avtomobili və daha bir neçə avtomobillə toqquşub. Zərbənin gücündən iki nəqliyyat vasitəsi aşaraq yolun hərəkət hissəsini bağlayıb.

Rusiyanın vesti.ru saytı qəza baş verən anın görüntülərini yayımlayıb. Kadrlar qəzaya düşən avtomobillərdən birinin salonunda quraşdırılan kamera tərəfindən qeydə alınıb. Avtomobilin sürücüsü qarşıda kiçik tıxac yarandığını gördükdə sürəti azaltmağa çalışsa da, qəza qaçılmaz olub.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR