İlham Əliyev şəxsiyyət vəsiqəsi ilə bağlı QANUNA DƏYİŞİKLİK ETDİ » EMTV.az
17 iy 12:50Oxunub: 498 |

İlham Əliyev şəxsiyyət vəsiqəsi ilə bağlı QANUNA DƏYİŞİKLİK ETDİ

İlham Əliyev şəxsiyyət vəsiqəsi ilə bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

Emtv.az xəbər verir ki, sənədə əsasən, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq.

Bundan əvvəl şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən verilməsi planlaşdırılırdı.


Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyinin təşkilatçılığı ilə "EsmaMedia TV" İnternet kanalında Azərbaycan Mətbuatının yaranmasının 143-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR
Oxunub: 1327
XƏBƏR LENTİ

Reklam
Məzənnə