17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Prezident İlham Əliyev Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
Emtv.az-ın məlumatına görə, dəyişikliklə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunan əcnəbilər cəriməni ödədikdə Azərbaycana gəlmələri ilə bağlı qadağa aradan qaldırılıb.
Məcəllənin 16-cı (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər) maddəsinə edilən yeni bəndə əsasən, bu məcəllənin 16.1.8-ci (Şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) maddəsində nəzərdə tutulan şəxslər cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə onların Azərbaycana gəlməsi ilə bağlı qadağa götürülüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması müddəti də dəyişdirilib.
Məcəllənin 21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). İndiyədək bu müddət 10 gün olub.
Emtv.az