17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
İlham Əliyev Dövlət Komissiyasının tərkibini təsdiqlədi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:
“Komissiyanın sədri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Komissiyanın üzvləri
Energetika nazirinin müavini
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Fövqəladə hallar nazirinin müavini
Gənclər və idman nazirinin müavini
Xarici işlər nazirinin müavini
Kənd təsərrüfatı nazirinin müavini
Mədəniyyət nazirinin müavini
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Səhiyyə nazirinin müavini
Təhsil nazirinin müavini
Dövlət Turizm Agentliyinin sədri
Dövlət Gömrük Komitəsi sədrinin müavini
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
Dövlət Sərhəd Xidməti rəisinin müavini
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri.
Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərməlidir.
Emtv.az