SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

13-06-2018, 13:41 | Oxunub: 1419 |

Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İyun ayının 16-dan etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi hissəsi) hər iki istiqamət üzrə asfalt-beton örtüyünün yenilənməsi işlərinə başlanılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbər görə, bu səbəbdən yolun sözügedən hissəsində işlər aparılan zolaqlar üzrə yol bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması təmir işləri bitənədək tətbiq ediləcək.

Sürücülərdən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Bundan başqa təmir işləri aparılan müddət ərzində sözügedən ərazidə hərəkətdə olarkən sürücülərdən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR