SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ramil Usubovdan ƏMR: Post-patrul xidməti naryadlarının sayı artırılacaq

13-06-2018, 13:03 | Oxunub: 2372 |

Ramil Usubovdan ƏMR: Post-patrul xidməti naryadlarının sayı artırılacaq
Ramazan bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən polis iyun 15-dən 20-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Ramazan bayramı günləri ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR