17:02 - Bakıda "Seyid" ləqəbli narkotacir saxlanıldı
16:59 - Gecə növbəsində işləyənlər təhlükədədir - Alimlərdən yeni araşdırma
16:54 - Bakıda yanğın olan mənzildə meyit tapıldı
16:49 - Leyla Əliyeva “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışında - FOTO
16:45 - Döyüşdən sonra dava Həbibə 250 min dollara başa gəldi
16:42 - Diqqət: Bu dərman satışdan çıxarılır, ürəyə ziyandır
16:40 - Çexiyanın Azərbaycandakı səfiri idmançılarla görüşüb - FOTO
16:37 - 11 yaşlı idmançılarımız Latviyada üç medal qazandı - FOTO
16:33 - Lavrov onu izləyən “böyük qardaş”dan şikayətləndi
16:30 - İŞİD-ə böyük yardım edən qadın tutuldu
16:28 - 49 yaşlı Lopez striptiz işçisi rolunda
16:24 - Ərdoğandan Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı bəyanat
16:22 - “Avtobus sürücüsü” kimi cərimələnən tələbə ilə bağlı DYP səhvini boynuna aldı
16:18 - Rusiya azərbaycanlıları bəyanat yaydı: Xarici qüvvələrin təxribatıdır
Tramp Merkeli hədələyir
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Avropa İttifaqı ölkələri müdafiə xərclərinin hüquqi cəhətdən qeyri-bərabər balansından qazanırlar. “Almaniya ÜDM-in 1 faizini (tələsmədən) NATO-ya yönəltdiyi halda, biz daha böyük ÜDM-dən 4 faiz ödəyirik. Doğrudanmı, kimsə inanır ki, bütün bunların bir mənası var?”.
Bu barədə Donald Tramp iyunun 11-də özünün “Twitter” səhifəsində qeyd edib və hədə ilə “Dəyişiklik olacaq” yazıb. Onun fikrincə, Avropa İttifaqı ölkələri nəinki ABŞ-ın hərbi müdafiəsindən faydalanır, həm də ticarət münasibətlərində ABŞ-ın hesabına qazanırlar: “ABŞ NATO-nun bütün büdcəsini, demək olar, ödəyir və bununla da ticarətdə fırıldaq işlədən bir sıra ölkələri (onlar xərcin az bir hissəsini ödəyir və gülürlər)” qoruyur. Tramp qeyd edir ki, Avropa İttifaqı ABŞ ilə ticarətində 151 milyard qazanc əldə edir və o, müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalıdır.
Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenin may ayına dair məlumatına görə, Almaniyanın müdafiə xərclərinin həcmi ÜDM-in 1,24 faizini təşkil edir və 2025-ci ilə bu göstərici 1,5 faizə çatmalıdır. Öz növbəsində, Almaniya kansleri Angela Merkel bu göstəricinin 2 faizə çata biləcəyini istisna etməyib.
Donald Tramp NATO ölkələrindən ÜDM-in heç olmasa 2 faizini müdafiə xərclərinə yönəltməyi tələb edir.
Emtv.az