SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Suriyada Rusiya ilə İran arasında ciddi toqquşma : Rus qoşunları Dəməşqdə strateji obyektləri tamamilə öz nəzarətinə keçirdi, iranlı generallar şübhəli şəkildə öldürülür

11-06-2018, 14:40 | Oxunub: 5 277 |

Suriyada Rusiya ilə İran arasında ciddi toqquşma : Rus qoşunları Dəməşqdə strateji obyektləri tamamilə öz nəzarətinə keçirdi, iranlı generallar şübhəli şəkildə öldürülür
Suriyada Rusiya ilə İran arasında ciddi toqquşma yaşanmaqdadır. Uzun müddətdir ki, Suriyada Rusiya və İran Əsəd rejimi ilə birlikdə hərəkət etsə də, son dövrlərdə bu iki ölkə arasında qarşıdurma yaşanmağa başlayıb. Artıq bu iki ölkə arasındakı çatlar getdikcə dərinləşir.

Hətta vəziyyət o həddə çatıb ki, rus qoşunları Dəməşdə strateji obyektləri tamamilə öz nəzarətinə götürüb.

Beləliklə, Rusiya ordusu Dəməşq valiliyi, Baas partiyasının yerləşdiyi Səba Bahrat bölgəsini, hökumət binalarını yerləşdiyi Kefer Suse ərazisini artıq nəzarətə götürüb və burada mühafizəni onlar həyata keçirir.

Rus ordusu indiyədək həmin əraziyə nəzarətə edən İrana bağlı şiə milislərini buradan uzaqlarıaraq, onların ölkədən çəkilməsi üçün təzyiqlər edir. Yaranmış vəziyyət isə Əsəd ordsunda və kəşfiyyat orqanlarında ciddi parçalanmaya yol açmaqdadır. Digər tərəfdən, Rusiya təhlükəsizlik orqanlarının suriyalı siyasi məhkumların qaldığı ən böyük iki həbsxanası olan Adra və Sidnaya həbsxanalarında yerləşdirildiyi bildirilir.

Rusiya İranı Suriyadan sıxışdırıb çıxarır

Suriyalı müxaliflərdən olan Yusuf Hamed deyib ki, son 20 gündə Dəməşqin mərkəzi və ətrafında rus təhlükəsizlik qüvvələrinin sayı dəfələrlə artıb. Onun sözlərinə görə, rus ordusu Dəməşqin Kusayr, Zebadani, Kunteytra, Sid Zeynəb və Deraya bölgələrindən İran dəstəkli milislərə təzyiq edərək, ərazidən çıxarmağa başlayıb. O əlavə edib ki, rus qoşunları hətta sərhədə yaxın bölgələrdə İrana bağlı qüvvələri sıxışdırmaqla məşğuldur.

Vəziyət belə davam edərsə, Əsədin ordusu qısa zamanda parçalana bilər. Artıq rus qoşunlarının Suriyada iranlı general Qasım Süleymaninin güclərinin zəiflədilməsi və bölgədən çıxarılması istiqamətində ciddi fəaliyyətə başlayıb.


Şübhəli ölümlər

Q.Süleymanini zəiflətmək və Suriya ordusunda parçalanmaya yol açan digər məqam isə son 20 gündə xeyli sayda yüksək rütbəli zabitin şübhəli ölüm hadisələri baş verib. Belə ki, aralarında 11-ci diviziya komandiri general Əli Məhəmməd Əl-Hüseynin də olduğu 4 yüksək səviyyəli əsgərin ötən 20 gün ərsində şübhəli ölümlərinə diqqət çəkən suriyalı müxalif Hamed onu da əlavə edib ki, “Hizbullah” terror təşkilatının raketatma sistemlərindən cavabdeh olan və “Hizbullah” lideri Həsən Nəsrallahın müavinlərindən Cəmil Hadraç və İranın Suriyada hərbi müşaviri general Xəlil Utancaqlının eyni prosesdə şübhəli bir şəkildə ölüb. Bu da Rusiay və İran arasında gərginliyə yol açacaq məsələlərdir.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR