SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda 11 min hektar ərazi işğaldan azad edildi - Müdafiə Nazirliyindən AÇIQLAMA

9-06-2018, 13:03 | Oxunub: 15 011 |

Naxçıvanda 11 min hektar ərazi işğaldan azad edildi - Müdafiə Nazirliyindən AÇIQLAMA
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələrinin may ayında mövqelərini irəli çəkərək 11 min hektara yaxın ərazini, o cümlədən Şərur rayonunun 1992-ci ildən düşmən nəzarətində olan Günnüt kəndini nəzarət altına alması barədə dünən yaydığı rəsmi məlumatdan sonra Ermənistan tərəfi yeni iddia ilə çıxış edib. Unikal.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan Günnüt kəndinin sakinlərinin 26 il sonra öz kəndlərinə qayıdıb yaxınlarının məzarlarını ziyarət etməsinin "erməni komandanlığının icazəsi ilə baş verdiyini” iddia edib.

Ovanisyan bildirib ki, iyunun 6-da və 7-də Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin komandanlığına müraciət edərək Günnüt kəndinin sakinlərinin yaxınlarının məzarlarını ziyarət etməsinə "mane olmamağı” istəyib. Və guya erməni tərəfi Azərbaycan tərəfdən ilk dəfə belə müraciət edildiyini nəzərə alaraq humanitar normaları əsas tutaraq müraciətə müsbət cavab verib. Ovanisyana görə Azərbaycan tərəfi daha sonra həmin kadrları Naxçıvanda 11 min hektar ərazinin azad edilməsi kimi təbliğat məqsədi ilə istifadə edib.

Bu iddia ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri ilk dəfə deyil bu cür absurd bəyanatlarla çıxış edir. "Onun yaydığı məlumatın heç bir əsası yoxdur, uydurmadır və erməni ictimaiyyətini aldatmağa yönəlib. Biz Azərbaycan ictimaiyyətini düşmənin bu təxribatına əhəmiyyət verməməyə çağırırıq”-Müdafiə Nazirliyindən armiya.az saytına bildirilib.

Xatırladaq ki, ermənilərin özlərinin də etiraf etdiyi kimi Azərbaycan ordusu mövqelərini 4-5 kilometr irəli çəkərək strateji əhəmiyyətli "Qızılqaya” yüksəkliyi də daxil olmaqla 4 yüksəkliyi tutub. Nəticədə Günnüt kəndi atəş altından çıxarılıb. Habelə Ermənistanın Areni kəndi ordumuzun nəzarəti altında qalıb, o cümlədən Yerevan-Gorus-Laçın yoluna nəzarət etmək imkanı yaranıb.




Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR