SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Niyyət axşamı nə etməli?

16-05-2018, 13:28 | Oxunub: 12 329 |

Niyyət axşamı nə etməli?
Bu gün axşam Müqəddəs Ramazan ayının niyyət axşamıdır. 12 ayın sultanı Ramazan artıq bu axşam başlayır. Bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.

Əhya gecələrinin vaxtı nə zamandır?

Emtv.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının təqvimini açıqlayıb. Təqvimdə Ramazan ayının namaz vaxtları, o cümlədən imsaq və iftar vaxtları qeyd olunub.

Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecədir. Bu da iyunun 3-nə təsadüf edəcək.İkinci Əhya gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-nə təsadüf edir. Üçüncü Əhya gecəsi iyunun 7-də (Ramazan ayının 22-dən 23-nə keçən gecə), sonuncu Əhya gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) olacaq. Qeyd edək ki, şəvval ayının 1-i (15 iyun) Fitr bayramıdır.


Niyyət axşamı nə etməli?

Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi – niyyət gecəsidir. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman Ramazan ayına başlamış olur. Niyyəti həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar. Niyyət belə edilir (bütün Ramazan ayı üçün): “Bir ay Ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah”. Belə deyilsə, artıq digər gecələr niyyət edilməsinə lüzum yoxdur.

Hər gün üçün niyyət belə edilir: “Sabah üçün Ramazan orucu tuturam, vacib qürbətən iləllah”. Belə niyyət edilirsə, o zaman niyyət hər axşam olmalıdır.

Niyyət necə edilməlidir?

Oruc tutan şəxs imsaq vaxtı və iftar zamanı hansı duaları oxumalıdır? Dinşünaslar hesab edir ki, oruc tutan şəxsin edəcəyi əməli özü üçün müəyyənləşdirməsi niyyət sayılır. Bu şəxs orucun axırına kimi bu müəyyənliyində sabit qalmalıdır. Niyyəti dilə gətirmək vacib deyil. Oruc tutanlar bütöv ay üçün, yaxud ayrıca günlər üçün niyyət edə bilərlər.

Niyyət nə zaman edilməlidir?

İslam alimlərinin fikrincə vaxtı müəyyən olan vacib orucda (Ramazan ayının orucu kimi) niyyət gecənin əvvəlindən sübh azanına qədərki zaman periodunda, istənilən vaxt edilə bilər. Əgər niyyət etmək oruc tutan şəxsin yadından çıxsa, yaxud bilməsə və günortadan əvvəl yadına düşsə, bu halda; orucu batil edən (pozan) işlərdən görməyibsə, niyyət etməlidir. Əgər orucu batil edən (pozan) işlərdən görübsə, yaxud günortadan sonra yadına düşsə, orucu pozulmuş hesab edilir. Lakin şam azanına qədər orucu batil edən işlərdən (yeməkdən, içməkdən və s.) çəkinməli, sonradan həmin günün qəzasını tutmalıdır. Orucun vaxtı sübh azanından şam azanına qədərdir.


Ramazanın ilk gününün duası

İlk günün duası isə belədir: “İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver”.

Tutulan oruclarınız, dualarınız qəbul, bayramınız mübarək olsun, əziz müəlmanlar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR