16 may 13:08Oxunub: 192 |

Türkiyədən İsrailə qarşı daha bir həmlə: Baş konsulu da ölkədən qovdu

Türkiyədən İsrailə qarşı daha bir həmlə: Baş konsulu da ölkədən qovdu
Türkiyə XİN İsrailin İstanbuldakı baş konsulunu ölkədən çıxarır.

Emtv.az xəbər verir ki, mayın 15-də israilin Türkiyədəki səfirini geri göndərən rəsmi Ankara bu gün də Baş konsulu ölkədən çıxarır.

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İstanbul Baş konsulu Yosef Levi Sfariyə bir müddət Türkiyəni tərk etməsini məsləhət görüb.

Baş konsulun geri göndərilməsinin səbəbi isə Qəzzada yaşanan son olaylarla bağlıdır. Onu da qeyd edək ki, Türkiyənin Qüdsdəki baş konsulu Gürcan Türkoğlu İsrail Xarici İşlər Nazirliyinə çağrılaraq, Ankaraya dönməsi tələb olunub.

Ankara eyni zamanda Təl-Əvivdəki və Vaşinqtondakı səfirlərini də geri çağırıb.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Faiq ƏHMƏDOV:Tanrı Azərbaycan Xalqına Ümummilli Lider Heydər Əliyevi Yeganə Xilasgar Kimi, Yeganə Şans Kimi Qoruyub Saxlamışdır...-VİDEO-FOTOLAR
Oxunub: 4230
XƏBƏR LENTİ

Reklam
Məzənnə