SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ramil Usubovdan yeni rəis TƏYİNATI

10-05-2018, 14:38 | Oxunub: 7 595 |

Ramil Usubovdan yeni rəis TƏYİNATI
Bakıdakı polis bölmələrindən birinə yeni rəis təyinatı olub.

Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, Daxili İşlər Naziri Ramil Usubovun imzaladığı əmrlə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəisi vəzifəsinə Məhşur Hüseynov təyin edilib. Qeyd edək ki, bu vəzifəyə kimi M.Hüseynov Nərimanov RPİ-nin 17-ci Polis Bölməsində rəis müavini vəzifəsində çalışıb.


Xatırladaq ki, ötən ilin dekabr ayında Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə 2-ci polis bölməsinin rəisi Sahib Babayev vəzifəsindən azad olunaraq Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə rəis təyin olunub. Həmin müddətdən 2-ci Polis Bölməsində rəis vəzifəsi boş idi.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR