SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Röya xalq artistinə cavab verdi: Şərəfsiz idin" (FOTO)

24-04-2018, 13:02 | Oxunub: 7 609 |

Röya xalq artistinə cavab verdi: Şərəfsiz idin" (FOTO)
“Röya, nə vaxt sənin “əlindən öpmüşəm” və nə vaxt “qızımın toyuna gəldiyin üçün məni şərəfləndirdin” demişəm?? Düşünürdüm ki, 80 yaşım ərəfəsində məni təəccübləndirən daha absurd bir şey ola bilməz. Amma bunu da gördüm”.

Emtv.az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova qeyd edib. F. Kərimova əməkdar artist Röya Ayxanın onun barədə söylədiyi fikirlərə sərt reaksiya verib:

“Birinci gələk sənə qarşı etdiyim “haqsızlıqlara”, sənin dilindən desək “səhvimə”. Mən səhvim olduğu halda tərəddüd etmədən istənilən insandan üzr istəməyə hazıram. Yetər ki, səhvi göstərə bilsin. Görünür, ən böyük səhvim səni sənətkar saymamağımdır. Bəli, səni sənətkar saymıram! Nəinki səni, sənin “sənətkar” saydıqların belə mənə görə sənətkar olmayıb”.

Müğənni R. Ayxanı nankorluqda ittiham edib:

“Gələk sənin nankorluğuna. Demirəm sənin ulduzunun ən parlaq vaxtında, sənə təriflər gələndə, mən də onların sırasındaydım. Amma heç vaxt demədim ki, Röya pis müğənnidir, pis oxuyur.

Sənətkar saydığın İlhamə Quliyeva səni “iylənmiş”, “bitli baş”, “yuyulmamış...” və sairə adlarla alçalda-alçalda təhqir edəndə, kim səni müdafiə etdi?! Bunudamı unutdun? Bu idi sənə olan haqsızlıqlarım? Yoxsa, kişilərin atasını söyəndə, alt paltarını açıb iyrənccəsinə aləmə göstərəndə, qucaqlarda abırsız şəkillərin jurnalların üz qabığını bəzəyəndə, kürsünü vanna otağındakı unitazla əvəz edəndə, oxuduğun xalq mahnısını bayağı hala salıb yağış sözünə biədəb qafiyə qoşub dillər əzbəri edəndə, təklikdə, təkrar edirəm, təklikdə demədimmi ki, “qızım, belə olmaz, gələcəyini düşün”? Bu idimi sənin haqqını çeynəməyim?


Sənə deyəndə ki, “qızım, övlad sahibi olacaqsan, qapı döyəcəksən, qapını döyəcəklər, etdiyin hərəkətlər Anaya, illah da Azərbaycan Qadınına yaraşan hərəkətlər deyil” – səhvim idi, yoxsa sənə qarşı etdiyim haqsızlıq?! Durub illər sonra efirdə Sevil Nuriyevanın verilişində ağlaya-ağlaya Millətə yalvaranda “kiminsə videolarını (Faiqi nəzərdə tuturdu – F.K.) telefonlardan sildirən kişilər mənə kömək etmədilər, mən anayam, ev xanımıyam, bir oğlum var, bu gün nələr verərdim ki, o videoları internetdən, telefonlardan silsinlər”. Onda da sənin ağlına gəlmədi ki, Flora mənə məsləhəti ilə yaxşıların yaxşısını edibmiş”.

Röya xalq artistinə cavab verdi: Şərəfsiz idin" (FOTO)

Xalq artisti Röyanın oğlunun yanında barmaqla qeyri-etik işarə göstərməsini qınayıb:

“İllər qabaq mənim ünvanıma yönəltdiyin jurnaldakı jest sənin üçün vərdişli, normal bir haldır. Oxuculardan üzr istəyərək, səhifədə olan şəkil və mətni təqdim edirəm. Belə bir jesti azyaşlı oğlunun yanında rahatca göstərəndə nə övladından, nə də millətindən utanmadınmı? Öz ailə mədəniyyətini, oğluna rəva bildiyin tərbiyəni bu şəkildə sərgiləmək mütləq idimi? Ana instinktini, Qadın ismətini şəxsi sərbəstliyinə bu dərəcədə qurban verməyə dəyərdimi? Düşündünmü gələcəkdə övladına, xüsusən oğlan övladına utanc gətirən çox problemlər yaradırsan? Ağıllı insan öz səhvindən öyrənər, müdrik insan başqalarının. Ağlı kəsəndə bağışlayacaqmı səni? Bəzən kiminsə varlığı, bəzənsə kiminsə yoxluğu insana görk olur. Bu gün oğlan övladının yanında oturuşunu bilməyən, etdiyi jestin fərqinə varmayan, sabah artıq nə qədər pərdələri araladığını və illər sonra o pərdələri deşib keçən barmağının ağrısını özündə hiss edəcək. Diqqətli düşünsən, nə dediyimi yaxşı anlayarsan!


Allah övladını xoşbəxt etsin. Aydın şüurla arzuladığın kimi bir kişi oğul olsun, sözün böyük mənasında! İndi uşaqdır, çox şeyin fərqində deyil hələ. Sən onun üçün mələksən, hamıdan böyük, hamıdan güclüsən. Hələ sənə sadəlövhcəsinə sual verir: “Ana, səni hamı tanıyır?” 10 il sonra isə özü səndən buraxdığın səhvlərin fərqinə varıb, artıq həyatı anlayan hakim dərəcəsində soruşanda ki, “Ana, Flora xanım sənə nə demişdi ki, onu sevmirdin?”, çox ümid edirəm ki, o vaxt ona üzün qızarmadan, daha ağıllı və ən vacibi, yalansız cavabına sonrakı həyat tərzinlə haqq qazandırasan. Abırsızlıqla ağılsızlıq əl-ələ verəndə insanın evi yıxılır!!! Həddini bil”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR