SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Sarkisyana ETİRAZ: Mərkəzi küçələr bağlandı - CANLI YAYIM

17-04-2018, 11:01 | Oxunub: 176 |

Sarkisyana ETİRAZ: Mərkəzi küçələr bağlandı - CANLI YAYIM

Ermənistanda eks-prezident Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə etiraz olaraq aksiyalar bu gün də davam edir.

Emtv.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, paytaxt sakinləri bir neçə mərkəzi küçəni bağlayıblar. "Vətəndaş razılaşması” partiyasının lideri, müxalif parlament fraksiyası olan "Elk”ın deputatı Nikol Paşinyan İrəvan sakinlərini təkcə paytaxtın mərkəzi deyil, digər rayonlarındakı küçələrini də bağlamağa səsləyib.

Aksiyanın rəhbəri, deputat Nikol Paşinyan bəyan edib ki, etirazçılar bu gün S.Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin müzakirə olunacağı və səsvermə keçiriləcəyi parlamentə gedən yolları bağlamağa çalışacaqlar.

Hazırda aksiya iştirakçıları Abovyan, Koryun və Teryan küçələrindədirlər.

Polis əməkdaşları küçənin hərəkətli hissəsini boşaltmağı tələbinə aksiya iştirakçıları məhəl qoymurlar.



Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR