16 apr 11:37Oxunub: 79 |

Dünya Çempionatının formatı dəyişir

Dünya Çempionatının formatı dəyişir
FİFA klublararsı dünya çempionatının formatını dəyişəcək.

Emtv.az xəbər verir ki, bu barədə məlumatı FİFA-nın prezidenti Canni İnfantino verib. O bildirib ki, format dəyişkliyi 2021-ci ildən sonra baş verəcək.

İlkin məlumata görə, format dəyişikliyindən sonra klublararası dünya çempionatı hər il yox, dörd ildən bir keçiriləcək və 31 oyundan ibarət olacaq.

FİFA bu turnirdən 650 milyondan 1 milyarda qədər gəlir götürməyi planlaşdırır. Turnirdə Çempionlar Liqasının və Avropa Liqasının son 4 ilinin qalibləri iştirak edəcək.

Cənubi Amerikadan 4 və ya 5, Asiya, Afrika və KONKAKAF-dan 2, Okeaniya zonasından isə 1 komandanın dəvət edilməsi planlaşdırılır. Turnirin gəlirlərinin 75 faizi iştirakçılar arasında bölünəcək.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:
Faiq ƏHMƏDOV: "Esmamedia TV"-i İnternet kanalının yeni studiyasının açılmasında əsas məqsədimiz maddi çətinliklər səbəbilə hələ də cəmiyyətimizə təqdim olunmamış sənət adamlarının, şair və yazarların işlərinə dəstək olmaqdır-FOTOLAR-VİDEO
Oxunub: 429
XƏBƏR LENTİ

Reklam
Məzənnə