SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İki prezidentliyə namizəd arasında qarşıdurma: "İpin başqasının əlindədir"

5-04-2018, 11:34 | Oxunub: 6 861 |

İki prezidentliyə namizəd arasında qarşıdurma: "İpin başqasının əlindədir"

Prezidentliyə iki namizəd arasında qarşıdurma başlayıb.

Emtv.az xəbər verir ki, Sərdar Cəlaloğlu və Qüdrət Həssənquliyev arasında qarşıdurma bricinin qarşı tərəfi Azərbaycanı Rusiyanın təsirinə salmaq barədə fikirlər səsləndirməkdə ittiham etməsi ilə başlayıb.

Buna cavab olaraq Q. Həsənquliyev Cəlaloğlunu aşağılayan açıqlama ilə çıxış edib. O, bildirib ki, ADP sədrinin ona bu şəkildə hücumu bir neçə səbəbdən ola bilər: "Bir neçə il öncə o, dəfələrlə qəbuluma gəldi ki, adını çəkmək istəmədiyim, Prezident Administrasiyasında işləyən bir məmur ayda ona 10.000 dollar pul verir, amma o şübhələnir ki, həmin məmur ona pul ”atır". Məndən xahiş etdi ki, bu məsələyə aydınlıq gətirmək üçün ona kömək edim. Mən də dedim ki, bu çox çətin məsələdir, amma çalışaram nəsə öyrənim. Bundan sonra daha bir neçə dəfə gəldi ki, bəs nə oldu?

Onu mənim qapım ağzında boynubükük vəziyyətdə çox adam görüb. Dedim, təəssüf ki, heç nə öyrənə bilmədim. Bundan sonra o, məndən narazı qaldı”.


S.Cəlaloğlu isə açıqlamasında Həsənquliyevin ona böhtan atdığını qeyd edib: "Deyirb ki, guya mən onun qəbulunda olmuşam və sair. Kişiliyi varsa, o məmurun adını çəksin və mənim onun qəbuluna getməyimi sübut eləsin. Sən kimsən mən sənin qəbuluna gəlim?! Mən heç sənin ağanın qəbuluna getməmişəm və getmirəm! Sən özünü nə hesab edirsən?! Boynu bükük vəziyyətdə dayanan sənin kimi olar ki, ipin başqasının əlindədir, həmin şəxsin qapısından ikiqat əyilib keçirsən. Boynunu elə sıxıb ki, yüksək vəzifədə təmsil olunduğun iqtidarın əleyhinə qarşında oturan Araz Əlizadə, Hafiz Hacıyev, Zahid Oruc ittihamlar yağdırır, təmsil olunduğun iqtidar xalqa xəyanətdə ittiham olunur, sənin cəsarətin çatıb bir kəlmə reaksiya verə bilmirsən, başını aşağı dikib dayanırsan. Halbuki o ittihamlar həm də sənə çatır. Çünki həmin hakimiyyətdə böyük vəzifədə olmusan. Sərdar Cəlaloğlu isə siyasi repressiyalardan, məhrumiyyətlərdən başı dik, alnı açıq çıxıb. Sərdar Cəlaloğlu kiminsə qapısında boyun bükən olsaydı repressiyalara, işgəncələrə məruz qalmazdı, Qüdrət Həsənquliyev kimi deputat olardı. Sərdar Cəlaloğlu 4 dəfə deputat seçilib, dördündə də parlamentə buraxılmayıb. Qüdrət Həsənquliyev isə heç vaxt deputat seçilməyib, lakin saxta mandatla deputat oturdulub. İndi bax gör boynu bükük kimdir. Mənə qarşı ətrafındakı bir neçə quyruq bulayanları qısqırdıb. Mən Qüdrət Həsənquliyev barəsində elə şeylər açıqlayaram ki, o, heç vaxt başını yuxarı qaldırıb kimsənin üzünə baxa bilməz. Azərbaycanda ən çox boynu bükük adam odur. Mən onun tayı deyiləm. Siyasi məsələləri şəxsi müstəviyə daşımasın. O özü bilir mən nəyi nəzərdə tuturam. Barəsində elə şeylər açaram ki, yerə girər! Bəsdir, ayıbdır”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR