SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Xalis kərə yağı necə olmalıdır? – Detallar

14-03-2018, 09:55 | Oxunub: 13 364 |

Xalis kərə yağı necə olmalıdır? – Detallar

Sapsarı, yupyumşaq, ətirli…

Sizcə, əsl kərə yağı belə olmalıdır?

Emtv.az xəbər verir ki, müxtəlif bitki yağlarının qarışığından ibarət yağları «Kərə yağı” adı ilə satanların toruna düşməyin.

Çünki kərə yağı tək dadı ilə yox, həm də faydaları ilə gündəlik qidamızın ayrılmaz hissəsidir. «Kərə yağı” kimi alıcılara satılan marqarin və spredlərin isə nəinki faydalı xüsusiyyətləri yoxdur, hətta orqanizmin metabolizmini pozmaqdan başlayaraq, bir sıra ağır xəstəliklərə qədər səbəb olur.

O zaman əsl kərə yağını rəflərdəki onlarla yağ arasında necə fərqləndirmək olar? Bu göstərici və xüsusiyyətlərdən bəzilərini məhsulu almamış da görmək mümkündür, bəzilərini isə evdə yoxlaya bilərsiniz. Bu da sizə gələn dəfəki alışlarınız üçün etibarlı markanızı seçməyə əsas verər.

Əvvəlcə, vitrindəki qiymətlərə baxın…

1 kq xalis kərə yağının alınması üçün 20 litrdən artıq süd sərf olunur. Bu qədər xammal istifadə edilən yağın aşağı qiymətə satılması sizdə şübhə doğurmalıdır. Məsələn, 10 ildən çox müddətdir ki, kərə yağı istehsal edən “Səba” şirkəti 27 litr süddən 1 kq yağ aldığını deyir. Bunun müqabilində çəki ilə olan (5 kq-lıq qablaşdırma) “Səba” kərə yağının 1 kiloqramının qiyməti 13 manat ətrafındadır.
Sonra qutunun üstündə yazılanları oxuyun…

Kərə yağı təbii süddən alındığı üçün ilk növbədə onun saxlama müddətinə diqqət edin. Təbii süd məhsulları tez xarab olduğundan (pasterizə edilmiş inək südünün saxlama müddəti 3 gündür), diğər süd məhsulları kimi, yağın da saxlama müddəti az olmalıdır.

Məsələn, “Səba» Azərbaycanda kərə yağına ən qısa saxlama müddəti verən yeganə şirkətdir. «Səba” kərə yağının saxlama müddəti -18 dərəcə temperaturda 3 aydır. Bu da onu göstərir ki, şirkət istehsal etdiyi yağa heç bir konservant qatmayaraq, onun tərkibindəki bakteriyaları sənaye üsulu ilə öldürməyib və kərə yağının bütün faydalılığını qoruyub saxlayıb. Məhsula verilən saxlama müddəti uzandıqca, tərkibindəki konservantların da artdığına əmin olun!

Təbii ki, yağlılığa diqqət edin…

Xalis kərə yağının tərkibindəki yağın həcmi 82%-dən az olmamalıdır. Almaniyanın Meggle, Finlandiyanın Valio kimi məşhur markalarının yağları 82% yağlılıqdadır. Yerli “Səba» brendi kərə yağında 82,5% yağlılıq olduğuna zəmanət verir. Qeyd edək ki, kənd nehrə yağındakı aşağı yağlılıq faizi məhsulun tərkibində ayranın bol olmasının göstəricisidir. Məhz buna görə də ənənəvi nehrə yağı kərə yağından daha tez xarab olur.

Bu sarı nəyin sarısıdır?

Xalis kərə yağının marketdə görə biləcəyiniz xüsusiyyətlərindən biri də onun rəngidir. Parlaq sarı rəng göz aldatmaq üçün vurulan boyadan xəbər verir. Kərə yağının rəngi açıq olur. Azacıq sarımtıllıq (çox cüzi) yaşıl otun inək südünə verdiyi çalardan ola bilər. Bu da yalnız isti fəsillərdə mümkündür. Unutmayın ki, yağın rəngi mütləq bərabər olmalıdır. Zolaqlar, dəyişən rənglər kərə yağına xas deyil!

Deyək ki, yağ alıb, evə gətirdiniz…

Xalis kərə yağı öz formasını saxlayır və bərk olur. O, nə büküldüyü kağıza (qablaşdırmaya), nə də bıçağa yapışır. Xalis kərə yağı tez yumşalmır. Marqarinin (spredin) tərkibindəki bitki yağları isə istiyə çıxan kimi yumşalır. Kərə yağı topaclanmır və çörəyin üzərinə bircinsli qat kimi çəkilir.

Və atdınız qızdırılmış tavaya…

İsti tavaya atılmış kərə yağı yavaş-yavaş əriyir. Spred isə istinin təsirindən dərhal yumşalıb axır. Əritdikdə də kərə yağı özünü dərhal göstərir: əvvəl südə çevrilir, sonra isə tortası dibinə çökür və rəngi şəffaflaşır.
Bunu da unutmayın!

Kərə yağı qoxusuzdur.

Xalis kərə yağının faydaları kimi, digər yağlarla fərqlərini də xeyli sadalamaq olar.Daha sonra report.az qeyd edir ki, əsas odur ki, ailənizə sağlam və faydalı məhsulu seçə biləsiniz.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR