SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Silah satışından ən çox qazanan və ən çox silah alan ölkələrin adı açıqlandı – Hesabat

12-03-2018, 12:42 | Oxunub: 7 560 |

Silah satışından ən çox qazanan və ən çox silah alan ölkələrin adı açıqlandı – Hesabat

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIRPİ) hesabatına görə, Yaxın Şərq ölkələrinə silah satışı 2013-2017-ci illərdə əvvəlki illərə nisbətən iki dəfə artıb.

Emtv.az xəbər verir ki, hesabatda ABŞ silah satışına görə dünyadakı lider mövqeyini qoruyub saxlaya bilib. ABŞ, Avropa ölkələrindən Almaniya silah satışında liderlik edir.

Yaxın Şərq regionunun ən böyük silah idxalçısı isə Səudiyyə Ərəbistanıdır. ABŞ və Avropa ölkələri son 5 ildə Ər-Riyadın silah tələbatının 98%-ni ödəyiblər.

2015-ci ildən bu günə kimi Yəməndə hərbi əməliyyat aparan Səudiyyə Ərəbistanı 2013-2017-ci illər arasında əvvəlki 5 ilə müqayisədə silah idxalını 225% artırıb. Hindistandan sonra ən böyük silah idxalçısı olan Səudiyyə Ərəbistanı keçən həftə İngiltərəyə 48 ədəd müasir texnologiyaya malik döyüş təyyarəsi sifariş vermişdi.

Dünyanın silah ehtiyacının 1/3 ABŞ ödəyir. Vaşinqton son 5 ildə silah satışını 25% artırıb. Bu silah ixracatının yarısı Yaxın Şərqin payına düşür.

SIRPİ silah və hərbi xərclər proqramı direktoru Aude Flöran Obama dövründə bağlanan silah müqavilələri sayəsində ABŞ-ın silah satışının 1990-cı illərdən bəri ən yüksək səviyyədə olduğunu bildirib.

Silah satışında ABŞ-ı Rusiya, Fransa, Almaniya və Çin izləyir. Bu 5 ölkə dünyanın silah ehtiyacının 74%-ni ödəyir.

Almaniyanın dünyada silah satışı 2013-2017-ci illərdə 14% azalsa da, Yaxın Şərq ölkələrinə satdığı silah 109% artıb.

Hesabatda Türkiyənin də adə silah ixracatını artıran ölkələr arasında sıralanır. Hesablamalara görə, Türkiyə 2013-2017-ci illərdə əvvəlki 5 illə müqayisədə silah satışını 145% artırıb.

İsrail və Cənubi Koreya da silah satışını artıran ölkələr arasında sıralanır.

Ən böyük silah idxalçısı ola Hindistan isə silah alımını 12% artırıb. Hindistanın silah tələbatının 62%-ni Rusiya olub.
Dünya üzrə silah satışlarının ümumi həcmi isə 10% artıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR