SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bir gündə 6 üzvü ölən ailədən açıqlama: “Deyilənlər yalandır”

9-03-2018, 14:59 | Oxunub: 9 295 |

Bir gündə 6 üzvü ölən ailədən açıqlama: “Deyilənlər yalandır”

Sumqayıtda bir ailənin 6 üzvünün dəm qazından boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Emtv.az lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra Sumqayıt şəhər Sülh küçəsi, 5-ci məhəllədə yerləşən binada yaşayan Füzuli rayonu, Kərimbəyli kənd sakinləri, 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, həyat yoldaşı 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, qızı 1987-ci il təvəllüdlü Sara Hüseynova və nəvələri 2009-cu il təvəllüdlü Fərid Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Abbasovanın keçən həftənin şənbə gününə keçən gecə qazdan boğularaq öldüyü müəyyənləşib. Onların vəfat etməsi ilə bağlı xəbər polisə bazar günü verilib və dərhal Hüseynovlar ailəsinin Bakıda yaşayan tək oğlu Kamala bu barədə məlumat verilib.

Bakıda nazirliklərdən birində işləyən Kamal Hüseynov ailə üzvlərinin 1 həftə əvvəldən vəfat etməsi və onlarla heç kimin əlaqə saxlamaması ilə bağlı deyilənləri təkzib edib. O deyib ki, hadisənin sabahısı günü bu barədə xəbər alıb.

Bu arada o da məlum olub ki, bədbəxt hadisə nəticəsində vəfat edən Sara Hüseynova bir müddət əvvəl həyat yoldaşı Qüdrət Abbasovdan rəsmən boşanıb. O, 3 uşağı ilə birgə valideynlərinin himayəsində yaşayırmış. Hadisədən sonra o, da həmin evə gəlib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR