SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

60 saniyəlik məxfi əməliyyat: Abdullah Öcalan necə ələ keçirildi?

15-02-2018, 14:41 | Oxunub: 6 067 |

60 saniyəlik məxfi əməliyyat: Abdullah Öcalan necə ələ keçirildi?

Türkiyəyə qarşı 40 ildən artıqdır terror hücumları təşkil edən PKK qruplaşmasının lideri Abdullah Öcalanın Keniyada 60 saniyəyə ələ keçirilib, Türkiyəyə gətirilməsindən 19 il ötür.

Emtv.az qaynarinfo-ya istinadən xəbər verir ki, Öcalanın ələ keçirilməsində Türkiyə Mərkəzi Kəşfiyyat İdarəsinin (MİT) xüsusi təyinatlıları ilə yanaşı, iştirak edən dövrün nəqliyyat nazirinin müşaviri Həsən İşgüzar əməliyyatla bağlı bir sıra detalları açıqlayıb:

60 saniyəlik məxfi əməliyyat: Abdullah Öcalan necə ələ keçirildi?
Həsən İşgüzar

“Abdullah Öcalanı Keniyadan Hollandiyaya aparmaq üçün Yunanıstanın Hollandiyadan təyyarə kirayələmək istədiyi ilə bağlı MİT-ə məlumat daxil oldu. MİT də eyni model və eyni rəngli təyyarə göndərib, Öcalanı Türkiyəyə gətirmək üçün əməliyyatlara başladı.

Türkiyədəki bütün rəsmi və ya şəxsi təyyarələrin qeydiyyatı Nəqliyyat Nazirliyinin tabeliyində olan Mülki Aviasiya İdarəsində olur.

MİT-ə lazım olan modeldə təyyarə o zaman təkcə iş adamı Cavit Çağlarda var idi. Mən də MİT-ə istədikləri təyyarənin Cavit bəydən ala biləcəyi ilə bağlı məlumat verdim. MİT əməkdaşları Çağlar ilə razılığa gələrək sözügedən təyyarəni icarəyə götürürlər, lakin əməliyyat barədə onun əməliyyat barədə heç bir məlumatı olmur. Daha sonra həmin təyyarənin Öcalan üçün göndərilən təyyarəyə eynilə bənzəməsi üçün rəngləmə işlərinə başlanılır. Türkiyədən ayrılanda içərisində 2 pilot və 4 MİT əməkdaşı olub. Təyyarə Mülki Aviasiya İdarəsində Türkmənistan təyyarəsi, sərnişinlər isə banan tacirləri kimi qeydiyyata salınır”.

60 saniyəlik məxfi əməliyyat: Abdullah Öcalan necə ələ keçirildi?
Cavit Çağlar

Nazir müşaviri bunun üçün üzərlərinə düşən bütün vəzifələri yerinə yetirdiklərini vurğulayıb: “Təyyara Antalyadan çıxaraq Aralıq dənizi, Cənubi Kipr Respublikası üzərində təxminən 18 dəqiqə qaldıqdan sonra Misir və Uqandaya tərəf dönür. Birbaşa Keniyaya getmək olmazdı. Hollandiyadan da eyni tipli təyyarə Keniyaya gedəcəyi üçün orada əvvəlcədən oxşar bir xarici təyyarənin olması diqqət cəlb edə bilərdi. Bu səbəbdən də təyyarə 10 gün Uqandada qaldı və Hollandiyadan gələn təyyarə hələ havada ikən əməliyyatdan 2 saat öncə təyyarəmiz Keniya aeroportuna eniş etdi”.

Bu zaman Keniyadakı Yunanıstan səfirliyində gizlənən Abdullah Öcalan Hollandiyadan gəlməsi planlaşdırılan təyyarəyə mindirilməsi üçün konvoyla gətirilirdi deyən İşgüzar sözlərinə belə davam edib: “Ən öndə Keniya mühafizə avtomobili, arxada isə Yunanıstan səfirliyinin mühafizə maşını olub. Öcalan öndən üçüncü avtomobildə idi və ondan da arxada yenə mühafizə dəstəsi gəlirdi. Hava limanının girişində Keniya polisi Öcalanın avtomobili keçdikdən sonra konvoyun qarşısını kəsərək, arxada gələn mühafizəni digər yola yönləndirir və bununla da 15-20 dəqiqəlik əlavə vaxt qazanılır. Öcalan hava limanına daxil olanda dayanan təyyarənin Hollandiyadan gələn təyyarə olduğunu zənn edir və ona doğru addımlayır. Təyyarənin qapıları açılır, 60 saniyə içərisində Öcalan ələ keçirilir və qapılar bağlanır. Polisin digər yola yönləndirdiyi mühafizə dəstəsi isə uçuş sahəsinə təyyarə havalandıqdan sonra gəlib çıxa bilir”.

Müşavir Türkiyəyə qayıdanda təyyarənin kiçik bir problemlə qarşılaşdığını bildirib: “Təyyarənin gedəcəyi trayektoriya o qədər dəqiqdir ki, başqa bir yolla hərəkət etməsi mümkün deyil. Hər bir təyyarə də hansısa ölkənin hava sahəsinə daxil olarkən öz əlamətini bildirməlidir. Cənubi Kipr hava sahəsində bunu soruşanda bizim pilotlar həmin əlaməti deyir, lakin bunun yanlış olduğu bildirilir. Pilotlar başqa bir əlamət deyir. Amma yenə belə bir əlamətin olmadığı deyilir. Beləliklə pilotlar, “ləhcəmizdə problem var deyərək”, vaxtı ləngitməyə çalışırlar. Beləliklə, Türkiyə Hava sahəsinə daxil olana qədər 18 dəqiqə bu şəkildə davam edir”.

Türkiyənin hava sahəsinə daxil olan təyyarənin Bandırma hərbi bazasına yönləndirildiyini deyən nazir sözçüsü havanın dumanlı olması səbəbindən təyyarənin oraya enə bilmədiyi deyib: “Təyyarə başqa hava limanına enə bilməzdi, çünki belə bir icazə verilməmişdi. Dumanın çəkilməsini gözləyərkən yanacağı azalan təyyarə məcburən Atatürk Hava Limanına enməli olur. Hava limanından icazə istənilir, lakin icazə verilmir. O zaman mənə zəng vurdular. Mən də FIC deyilən sistem var ki, Mülki Aviasiya İdarəsinin əmri ilə istənilən bir təyyarənin enmə və qalmasına icazə verə bilər, oradan Atatürk Hava Limanına heç bir sual verilmədən həmin təyyarənin enib qalxmasına icazə verilməsi ilə bağlı tapşırıq verdim. Təyyarə endi, gözlərdən uzaq bir yerə çəkildi, yanacaq dolduruldu və hava düzəldikdən sonra isə hərbi bazaya doğru havalandı”.

İşgüzar dövrün Baş Qərargah rəisinin Bandırma bazasının komandirinə zəng vuraraq bir paket gəldiyi və şəxsən gedib almalı olduğu ilə bağlı əmr verdiyini də söyləyib. Daha sonra Abdullah Öcalan İmralı adasına göndərilib.

Qeyd edək ki, 1999-cu ildə ələ keçirilən Öcalan o vaxtdan İmralı adasında yerləşən həbsxanada ağırlaşdırılmış ömürlük həbs cəzasını çəkir.

Emtv.az
60 saniyəlik məxfi əməliyyat: Abdullah Öcalan necə ələ keçirildi?
60 saniyəlik məxfi əməliyyat: Abdullah Öcalan necə ələ keçirildi?
60 saniyəlik məxfi əməliyyat: Abdullah Öcalan necə ələ keçirildi?

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR