11 dek 16:33Oxunub: 555 |

“WhatsApp”a yeni funksiyalar gələcək

“WhatsApp”a yeni funksiyalar gələcək

“WhatsApp” “Android” versiya üçün olan yeni funksiyaları test edir.

Emtv.az Technote-yə istinadən xəbər verir ki, “Tap and hold to unblock” adlı yeni funksiya sayəsində istifadəçilər qara siyahıya salınmış şəxsin üzərinə klik edərək onu blokdan çıxara və ismarış göndərə bilərlər.

iOS-da olduğu kimi dəvətnamə linkləri funksiyası yaxın zamanda “Android”də də aktiv olacaq. Həmin funksiya sayəsində istifadəçiləri qrup çatlarına dəvət etmək olar.

“Shake to report” adlı yeni funksiya sayəsində istifadəçilər öz smartfonlarını silkələyərək “WhatsApp”ın dəstək servisi ilə əlaqə saxlayaraq tətbiqin hansısa problemi barəsində məlumat verə bilərlər.

Çat adminləri üçün olan yeni funksiyalar sayəsində onlar çatın iştirakçılarına ismarış göndərə, qrup çatının məlumatlarını redaktə və s. edə bilərlər.

Qeyd etmək lazımdır ki, bu funksiyalardan bəziləri tətbiqin beta versiyasında var. Lakin bu o demək deyil ki, onlar tətbiqin yenilənmiş versiyasına daxil olacaqlar.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Azərbaycanın Dövlət Müstəqilliyi Günündə QHT Rəhbərləri Bir Araya Gəliblər - VİDEO - FOTOLAR
Azərbaycanın Dövlət Müstəqilliyi Günündə QHT Rəhbərləri Bir Araya Gəliblər - VİDEO - FOTOLAR
Oxunub: 808
XƏBƏR LENTİ

Reklam
Məzənnə